"Söz insan yaradıcılığının ən gözəl məhsuludur"- Müsahibə

Tarix:24-10-2017, 13:04 Baxış Sayı:209

"Söz insan yaradıcılığının ən gözəl məhsuludur"- Müsahibə


Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim “söz” haqqında anlayışımıza yeni bir məna gətirir. “Söz adamı” layihəsinin növbəti qonağı əməkdar mədəniyyət işçisi Misgər Məmmədovdur.

- Əbu Turxan söyləyib: “ Dünyanın həqiqətləri elm dilində, insanın həqiqəti isə fəlsəfə dilində yazılmışdır.” Sizcə müasir dövrdə fəlsəfə insan həyatına necə təsir göstərə bilər?

- Fəlsəfə insana niyə yaşamağı, necə yaşamağı öyrədir…


- Son vaxtlar kitab mütaliəsi ilə bağlı bir sıra addımlar atılmaqdadır. Gənclərin kitab oxumağa, ədəbiyyatı, fəlsəfəni öyrənməyə çağırışlar müsbət haldır. Ümumiyyətlə kitab mütaliəsi necə olmalıdır? Hər hansı bir oxuma proseduru tətbiq olunmağı vacibdirmi?

- Bəzi tədqiqat institutlarının apardıqları müşahidələrə əsasən belə rəyə gəliblər ki, intelleKt və oxumağa meyil zəifləyib, bəlkə də buna internet səbəb olub, cavabını düzgün bilmirəm. Mənə elə gəlir ki, insanlar zəhmətdən qaçır. Kitab oxumaq isə bilik əldə etmək nöqteyi-nəzərdən zövqdür. Zövq isə hamıda var, onu inkişaf etdirmək və formalaşdırmaq lazımdır. Dünyada bir anlamaq fəndi var ki, onu da bəzən kitab oxumaqla əldə etmək olar, ruhən rahat olmaq üçün kitab oxumaq ən yaxşı zənginləşmək yoludur.

- Ədəbiyyata marağınız hansı hadisə və ya tarixlə bağlıdır?

- Ədəbiyyata marağım mərhum ədəbiyyat müəllimim Abdullayev Məmmədəli müəllimlə bağlıdır.


- Azərbaycan ədəbiyyatından dünya ədəbiyyatına çıxa biləcək ədəbi nümunələr varmı?


- İsa Hüseynov “İdeal”, Kamal Abdulla “Yarımçıq əlyazma”.

- Cəmiyyət fərdləri, mühit şəxsiyyətləri yetişdirir. İnsan psixologiyası mühitin, cəmiyyətin hansı təsirlərinə məruz qalır?

- Şəxsiyyətin cəmiyyətin məhsuludur, mən mühit dedikdə konteksti başa düşürəm. Konteksti isə şəxsiyyət özü gerçəkləşdirir və kimliyini təsbit edir.

- Gənclərə oxumağa vacib bildiyiniz beş kitab.

- İlyas Əfəndiyevin “Geriyə baxma qoca”, İsmayıl Şıxlı “Dəli Kür”, İsa Hüseynov “İdeal”, Kamal Abdulla “Yarımçıq əlyazma” , Mövlud Süleymanlı “Köç”, “Dəyirman” və s.

- Həqiqəti söyləmək bir hünər, onu dərk etmək başqa bir hünərdi. Həqiqət anlayışı sizin üçün nədir?

- Həqiqət nisbi anlayışdır, onun ölçüsü zamana məhkumdur.

- Son zamanlar depressiyaya, ümidsizliyə,özünə qapanmaya gənclər arasında daha çox rast gəlinir. Bu nə ilə əlaqədar ola bilər? Mühit, ailə, cəmiyyət, sosial gərginlik…. Bu cür vəziyyətlərdən necə uzaqlaşmaq olar?


- Mən əksinə fikirləşirəm. Auditoriyalarda əyləşən gənclərin əksəriyyəti qızlardı və mən sorğu aparmışam, onlar həyatsevər, gələcəyə ümidlə baxan, həyatını özü qurmağa çalışan, mübariz gəncliyimiz var, fəxredilməlidir. Onları yaxından tanımaq, onların həyata, cəmiyyətə, ailəyə sadiqliyini iş prosesində, pedaqoji işlə görmək mümkündür. Mən onların gələcəyinə inanıram, onları sevirəm…

-Son olaraq “söz” haqqında sözünüz…

- Son zamanlar Sərxan Abdullayevin” Qeyri-səlis dilçilik təcrübəsindən”adlı kitabı işıq üzü görüb. Əsər sözün müxtəlif cəmiyyətlərdə təfəkkürü necə oynatdığını azərbaycan, alman, rus dili materialları əsasında inandırıcı faktlarla sübüt edib. Söz insan yaradıcılığının ən gözəl məhsuludur. Təfəkkür üzərində ən emosional nəzarət söz vasitəsi ilə həyata keçirilir.

Tural Cəfərli
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ