"Qadınların hamısı eyni şeyə sevinib, eyni şeyə kədərlənirlər. "- MÜSAHİBƏ

Tarix:2-10-2017, 13:21 Baxış Sayı:311

"Qadınların hamısı eyni şeyə sevinib, eyni şeyə kədərlənirlər. "- MÜSAHİBƏ


Manera.az-ın "Ordan-Burdan" layihəsində qeyri-rəsmi suallara tanınmış jurnalist Günay Arda cavab verir.

"Uşaq bizim qocalığımızın təminatı deyil."

- Ən sevdiyiniz yemək hansıdır? Özünüz hansı yeməkləri bişirirsiz?

- Özüm bişirdiyim bütün yeməkləri sevirəm. Yemək məsələsində konservativəm. Bilmədiyim dadlara açıq deyilem. Məsələn, hələ indiyədək suşiyə yaxın düşə bilməmişəm. Eləcə də bizim mətbəxdə olan qarın qutabı məni dəhşətə gətirir.

- İctimai fəal qadınların analıq təsvirini necə xarakterizə edərsiz?

- Ana elə anadır. Evdar qadın da olsa, jurnalist də olsa , müəllim və ya alim də olsa. İctimai fəallıq ana olmağa mane olmur. Sadəcə vaxt azlığı , gündəlik qaçhaqaçımız daha çoxdur. Bir cümlə ile 24 saat ayıq beyin deməkdir.

- Övlad böyütmək valideyn üçüm missiyadır, öhdəlikdir, ya standart mexanizm?

- Hamının övladı olmalıdır, hamının ailəsi olmalıdır deyə bir məcburiyyət yoxdur. Bunu bizə cəmiyyət diqtə edir. Müəyyən yaşa çatmısansa evlənməlisən. Bu , seçimdir. Övlad yox , vətəndaş böyütmək lazımdır. Uşaq bizim qocalığımızın təminatı deyil. Fərddir.

- Seriallar niyə insanları ekrana kilitləyir?

- Serialların əksəriyyətinin mahiyyəti şiddət, zorakılıq, bədbəxtlik təsvirlərindən ibarətdir. Bir nəfər xoşbəxt bəndə, ailə olmur seriallarda. İnsanlarda başqalarının dərdinə yanmaq, başqa bədbəxtlikləri görüb təskinlik tapmaq kimi vəhşi instinkt var. Seriallar adətən buna görə asılılıq yaradır. Siz bütün insanların xoşbəxt olduğu ssennari yazsanız baxmazlar. İnsanlar seriallar vasitəsi ilə real həyatdan ayrılıb.

- Futbola nə dərəcədə maraq göstərirsiz?

- Əvvəllər daha çox baxırdım. Müzakirəsiz "Qarabağ" azarkeşiyəm.

- Domino, nərd və başqa daha çox kişilər arasında populyar olan oyunları bacarırsızmı?

- Təssüf ki, yox. Belə bir əyləncədən məhrumam.

- Mütaliəli qadın təhsilsiz qadınla necə ortaq məxrəcə gəlir?

- Qadınlar hər cür müxtəlif dində, dildə , irqdə, status və təhsil fərqində olsalar belə bir-birilərini anlaya bilirlər. Ortaq məxrəc ortaq hisslərdir. Qadınların hamısı eyni şeyə sevinib, eyni şeyə kədərlənirlər.

- Ağlamaq üçün səbəblər böyükdür sizcə? Yaxud insan sadəcə rahatlamaq üçün ağlamalıdır?

- Ağlamaq gözəl filan deyil. Sezen Aksu sizi aldadıb. Ağlamaq baş ağrısıdır.

- Geopolitika deyəndə ağlınıza nə gəlir?

- Fərqli dövlətlərin eyni ərazini nəzərə alaraq xarici siyasətini müəyyənləşdirən anlayışdır.

- Özünüzün müəllifi olduğunuz aforizminiz var?

- Keçən ilin bu vaxtında olan qayğılarını yada sala bilmirsənsə, xoşbəxtsən. Pis hər şey keçicidir.

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ