“Teatrda yaradıcılıq atmosferi çox yüksəkdir” – Söhbət

Tarix:20-09-2017, 09:23 Baxış Sayı:248

“Teatrda yaradıcılıq atmosferi çox yüksəkdir” – Söhbət
Həmsöhbətim Gəncə dram teatrının direktoru Respublikanın əməkdar mədəniyyət işçisi Əli Qasımovdur.


- Əli müəllim, yeni teatr mövsümündə nə kimi planlarınız var?

- Mədəniyyət və Turizm nazirliyinin təsdiq etdiyi və repertuara daxil edilən tamaşaları ardıcıllıqla çalışırıq ki, tamaşaçılara təqdim edək. Hal- hazırda iki tamaşa təhvil verilib və iki tamaşa da ilin sonuna qədər təhvil verilməlidir. Yeni mövsümü A. P. Çexovun “ Vanya dayı” pyesi ilə açdıq. Tamaşa teatrsevərlərə ilk dəfə olaraq təqdim edildi.

-Tamaşada hansı aktyorlar oynayır?

Tamaşada əsas rolları xalq artisti Alim Məmmədov, əməkdar artistlər Ramiz Vəliyev, İlham Hüseynov, Novruz Cəfərov, aktrisalar Rəhilə Məmmədova, Kəmalə Məmmədova, Sevinc Hüseynova ifa edirlər.

- Rejissoru kimdir?

Tamaşanın qurluşçu rejissoru teatrın baş rejissoru, gənc olmasına baxmayaraq, çox istedadlı gənclərdən biri olan İradə xanım Gözəlovadır. İradə xanım baş rejissor olduğu müddətdə deyil, ondan əvvəl də bizim teatrda İlyas Əfəndiyevin “Qərib oğlan” komediyasına qurluş vermişdir. Elə həmin tamaşadan sonda da İradə xanım bizim kollektivlə, yaradıcı heyətlə yaxından tanış oldu və sonra da Gəncə Dövlət Dram Teatrında baş rejissor kimi çalışmaq təklifini qəbul etdi.

- İradə xanım nə zamandan çalışır sizdə?

Artıq üç ildir ki, bizim teatrda baş rejissor kimi fəaliyyət göstərir. İşlədiyi müddətdə də qurluş verdiyi tamaşalar həmişə teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Hətta bir neçə dəfə Bakıda, Akademik Milli Dram Teatrının səhnəsində, Gənc Tamaşaçılar teatrında və Rus Dram teatrında bir neçə tamaşa ilə çıxış etmişik.

-Tamaşalarınız necə qarşılanır?

Böyük fasilədən sonra olsa da, Bakı teatrsevərləri tərəfindən maraqla qarşılandı, onların könlüncə oldu. Hətta orda olan çox böyük sənət adamları bizim tamaşalara baxdıqdan sonra öz fikirlərini bildirdilər. Həmin fikirlərin müqabilində ərklə deyə bilərəm ki, Gəncə Dövlət Dram teatrının Bakıya olan səfəri də çox uğurlu olmuşdu.

-Hazırki işləriniz nə yerdədir?

- İşlərimiz uğurla davam edir, yaradıcılıq atmosferi çox yüksəkdir. Teatrımızda teatr studiyası da fəaliyyət göstərir. Hal- hazırda teatrda yaşlı nəslin nümayəndələri ilə çiyin- çiyinə çalışan gənclərin bir neçəsi həmin studiyanın yetirmələridir.

-Problemləriniz olmamış deyil...

Əbəttə, müəyyən problemlər də var. Məsələn, əvvəllər sovet dönəmində təyinatla gələnlər olurdu, yeni gənclər gələndə onlar mənzillə, müxtəlif imtiyazlarla təmin olunurdu. İndi belə təminatlar olmadığı üçün təyinat əsasında gələn gənclər müşahidə olunmur. Ona görə də biz belə studiyalardan istifadə edirik. Studiyanın tərkibində yetişən ümidverici gəncləri də işlə təmin edirik.

- Yaradıcılıq işlərinə gəlincə...

Yeni səfərlərimiz gözlənilir. Hətta Moskvadan biz yeni dəvət almışıq. Onlar bizi nəinki festivala qatılmağa, hətta qastrol tamaşası ilə çıxış etməyə dəvət ediblər. Bu haqda əvvəlcədən geniş məlumat vermək istəmirəm. Rəsmi sənədləşmələrdən sonra, yəqin ki, bu səfərimiz də reallaşacaq.

-Çətin sahədəsiz... Məlum məsələdir ki, son zamanlar cəmiyyətdə incəsənətə, xüsusən teatra kifayət qədər maraq yoxdur. Teatr direktoru olaraq, bu marağın artırılması üçün nə kimi işlər görürsüz ?

- Bizim teatr bildiyiniz kimi, çox qədim bir tarixə malikdir. Amma bizim teatrın binası hazırda müasir teatr standartlarına cavab vermir. Əslində bu bina teatr üçün uyğunlaşdırılmış bir binadır. Qısa məlumat verim ki, bu bina 1886- cı ildə Almaniyadan olan Forel qardaşları tərəfindən şərab anbarı kimi tikilmiş bir binadır. Əvvəllər şərab anbarı kimi, sonradan kazino kimi istifadə olunan bu bina 1932- ci ildən sonra teatr üçün uyğunlaşdırılıb. Və həmin dövrdən də indiyə qədər fəaliyyət göstərir. Bu gün isə əlbəttə, maddi- texniki baxımdan günün tələblərinə cavab verməyəcək durumda olsa da, biz çalışırıq ki, işlərimizi günün tələbləri səviyyəsində quraq. Çalışırıq ki, tamaşalarımızın bədii keyfiyyəti yaxşı olsun. Çalışırıq ki, dramaturji material günün tələblərinə cavab verəcək səviyyədə olsun. Yəni bu gün həyat nəbzi nə ilə döyünürsə, tamaşaçı nəyi görmək istəyirsə, biz də onu səhnəyə daşıyıb tamaşaçılara təqdim etməyə çalışırıq. Amma onu da qeyd edim ki, biz tamaşaçı arxasınca qaçıb teatırı da o səviyəyə salmaq istəmirik. Sadəcə olaraq onların istəklərini, tamaşaçı zövqünü nəzərə alaraq ən yüksək səviyyəli bədii əsərlərə müraciət etməyə çalışırıq ki, tamaşaçı zaldan çıxanda özü ilə yaxşı mənada nə isə apara bilsin. Biz çalışırıq ki, buna nail olaq.

-Bəs tamaşaçı sayıı sizi qane edir?

-Tamaşaçı var. Sadəcə olaraq, biz sovet dönəmində gördüyümüz tamaşaçı sayını bu gün görə bilmirik. Bu gün internetin yaratdığı imkanlar hesabına tamaşaçı evində oturub tamaşaya da baxa bilir, kinoya da və müxtəlif əynəncəli proqramlara da. Bütün bunların fövqündə gərək elə işlər görəsən, elə addımlar atasan ki, tamaşaçını cəlb edə biləsən.

- Teatrın binası təhlükəli durumdadır. Bu sizin fəaliyyətinizə maneə olmur?

-Bu keçid dövrü sənət üçün, xüsusən teatr üçün çox çəti, çox ağır illər oldu. Həmin illərdə bir çox sənət adamları, hətta peşəkar aktyorlar da teatrdan uzaqlaşıb öz həyatlarını qurmaq üçün, yaşamaq üçün müxtəlif işlərlə məşğul oldular. Həmin illərdə 15- 20 nəfər yaradıcı insan teatrda qalmışdı. Mən həmin insanları həmin incəsənət adamlarını, doğurdan da, əsil teatr fədailəri adlandırıram. Onlar bütün çətinliklərə, problemlərə baxmadan öz sənətlərində qalıb bu teatrı yaşatdılar.

- Bildiyim qədər, teatrınız üçün yeni bina tikilir. Nə zaman təhvil verilməsi nəzərdə tutulub?

Cənab prezidentin gəlişi və həmin binanın təməlqoyma mərasimində iştirak etməsi bizim hamımıza böyük ruh yüksəkliyi verir. Məlum məsələdir ki, dövlət səviyyəsində yanaşılan bir iş inşallah tezliklə öz həllini tapacaq və biz də yeni binamızda yeni- yeni uğurlara imza atacayıq. Bizim öz sənətimizə, peşəmizə olan sevgimiz elə dövlətimizə, vətənimizə olan sevgimizdə irəli gəlir. Əgər biz mədəniyyət sahəsində işimizi düzgün qura biliriksə, bu bizim dövlətimizə, vətənimizə olan sevgimizdən, sayğımızdan irəli gəlir.

- Sizə bu yolda möhkəm dözüm arzu edirəm!

-Çox sağ olun. Onu da qeyd edim ki, biz ən çətin məqamlarda, ən ağır illərdə hərbi hissələrdə olmuşuq, əsgərlərimiz qarşısında çıxışlar etmişik. Bu da bizim vətənə olan xidmətimizin tərkib hissəsidir.

Söhbətləşdi: Şəhla Aslan
Manera.az

“Teatrda yaradıcılıq atmosferi çox yüksəkdir” – Söhbət
“Teatrda yaradıcılıq atmosferi çox yüksəkdir” – Söhbət
“Teatrda yaradıcılıq atmosferi çox yüksəkdir” – Söhbət
“Teatrda yaradıcılıq atmosferi çox yüksəkdir” – Söhbət
“Teatrda yaradıcılıq atmosferi çox yüksəkdir” – Söhbət
“Teatrda yaradıcılıq atmosferi çox yüksəkdir” – Söhbət
“Teatrda yaradıcılıq atmosferi çox yüksəkdir” – Söhbət
“Teatrda yaradıcılıq atmosferi çox yüksəkdir” – Söhbət



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ