"Kitab insan fantaziyasını daim məşq elətdirən bir şeydi"- Müsahibə

Tarix:13-09-2017, 13:14 Baxış Sayı:278

"Kitab insan fantaziyasını daim məşq elətdirən bir şeydi"- Müsahibə

"TeleMan"da bu dəfə aparıcı, yazar Cavid Osmanovla söhbətləşirik.

- Radioya maraq nə zaman formalaşdı sizdə?

- Mən məktəbli olarkən səhər yeməyini mütləq “Europa Plus” radiosunun «Бригада У» səhər şousuna qulaq asaraq yeyirdim. Bu radio və veriliş mənim musiqi və yumor hissimin formalaşmasında böyük rolu olub. Rus dilində olan veriliş mənim sürətli danışmağımada köməkçi oldu. Azərbaycan radioları arasında ANS ÇM-i daha çox bəyənirdim və sözün açığı nə vaxtsa o radioda çalışma arzularımı qidalandırırdı. 2008-2009-cu illərdə, əsgərlik dönəmində mən boş vaxtımı kitab oxumaq, musiqi və radioya qulaq asmaqla keçirirdim. Gecə efirində bir aparıcı məni çox qıcıqlandırırdı. Mən özümə söz verdim ki, mütləq ona öz iradimı bildirəcəm. Belə fürsət 2009-cu ilin oktyabr ayında düşdü. Müsabiqə yolu ilə məni ANS ÇM radiosuna stajçı kimi götürdülər. Və təsəvvür edirsiz, həmin o xoşuma gəlməyən aparcı ilə çalışmalı idim. Sonradan biz onunla Azərbaycanın ən dinlənən gecə şoularından birini yaratdıq. O aparıcı Tofiq Həsənsoydu, hansını ki mən bir dost olaraq indi də çox istəyirəm. Biz bir yerdə çox uğurlara imza atmışıq. Ümumiyyətlə uğur məni təqib edir, çün ki mən çalışıram ki işimi keyfiyyətli görüm. Bu xususiyyətimi qiymətləndirərək Antenn FM radiosunun rəhbərliyi mənə əməkdaşlıq təklif etdi. Mən çox şadam ki, indi Antenn FM-in kollektivindəyəm. Bu radiodada bizim çox planlarımız var, hansıları ki, siz zamanla özünüz eşidəcəksiz!

- Aparıcılıqda önəmli olan keyfiyyətlər nələrdir? Nitq, intelletk yoxsa görünüş?

- Mən sizi məyus edəcəm, çünki sadaladığınız bütün xüsusiyyətləri önəmlidir. Verilişdən verilişə aparıcıya olan təlabatlar dəyişir. İntellekt hər işdə vacibdir. İntellektdən doğan dünyagörüşü, yumor hissi, xüsusi bilgilər hansısa şou aparıcısına çox vacibdir. Misal kimi, xüsusi və bizim vərdiş etdiyimiz steriotiplər var. Misal kimi, xəbər aparıcısının nitqi gözəl olmalıdı. Sözsüz ki, görünüşü də. Yumor hissi olmasa da olar. Hava proqnozu, şou-biznes, gənclər üçün verilşlərinin aparıcısı mütləq yaraşıqlı olmalıdır. Tolk-Şou aparıcısının xarici görünüşü elə də vacib deyil. Yəni, bu steriotiplər, sanki yazılmamış qaydalardı. Və onlardan kənar çıxdıqca tamaşaçı özünü diskomfort hiss edir. Amma fərqi yoxdu nə ilə məşğul olursan ol, əsas dəqiq, vicdanlı və qərəzsiz olmağa çalış.

- Siz həm də yazıçısız. Ədəbiyyata olan tələbatınız nədən qaynaqlanır?

- Məktəbdə oxuyarkən mənim bəxtim gətirdi, çünki, rus dili və ədəbiyyat müəlliməmiz çox maraqlı insan idi. O bizə yayda oxumaq üçün kitab siyahısı verəndə mən çox sevinirdim. Çünki yeni, tanımadığım müəlliflərin əsərləri ilə tanış olurdum. Mən rus sektorunda oxumuşam və azərbaycan sektorunda olan vəziyyətdən xəbərim yoxdu. Amma rus sektorunda keçilən xarici və elə rus ədəbiyyat nümunələri çox maraqlıdır. Yadımdadır ki, italiyalı yazıçı, Cani Rodarinin “Kolizeyi oğurlamaq istəyən adam” əsərini oxuyanda çox təsirlənmişdim. Ümumiyyətlə kitab insan fantaziyasını daim məşq elətdirən bir şeydi.

- "MediaMən" kitabınızın təqdimatına hamam xalatı ilə qatılmağınız ciddi müzakirə olundu. Siz də düşünürsüz ki, reklam və PR üçün mütləq fərqli nələrsə edilməlidir?

- Nə “MediaMən” romanım, nə də ki təqdimatda baş verənlər ciddi müzakirə olunmadı. Bu qeyri ciddi müzakirə idi. Azərbaycanın müasir jurnalistikasının nümayənndələrinin bəzilərinə, peşəkarları çıxmaq şərti ilə şübhə ilə yanaşıram. Buna mənim subyektiv və obyektiv səbəblərim var. Bu mövzunu böyüdə bilərik, amma ayrıca müsahibədə. Kitabımı oxuyandan sonra.

Bilirsinizmi neçə jurnalist mənə təqdimatdan sonra zəng etdi? Özünüzü yormayın, cavab “0”. Sıfır! Heç kim zəng etmədi ki, ay qardaş, bu, nə məsələdi, nə demək istədiniz bu addımla?! Saytlar sadəcə biribirindən kopyaladılar vəssalam. Sosial şəbəkələrdə olan “Namus Qeyrət Keşikçiləri Ordusunun Əsgərləri” hamını müzakirə edir. Söyür, təhqir edir, qınayır. Misallar çoxdu.

O ki qaldı fərqliliyə, bəli, biz məhkumuq biribirimizdən fərlənməyə. Bu? normaldır. Əsaslıdırsa, lap əla.

- Nəsri sevdiyiniz aydındır, bəs poeziya?

- Qısa cavab alınacaq. Bəli sevirəm. Həmçinin mahnılarımın mətinlərini özüm yazıram. Bir-ikisi istisna. İndi də, Bakıda fəaliyyət göstərən “Dədə Baba” rok qrupunun mətinlərini yazmağa kömək edirəm. Amma təssüf ki, rus klasikləri zövqümü tamam körlayıb. (Gülür)

- Hansı tip musiqi janrlarını sevirsiz?

- Mən rok musiqisinin vurğunuyam. Rok kimi çox şaxəli musiqi janrı yoxdu. Təsəvvür edin, lirik balladalardan tutmuş ağır ritimli mahnılara qədər rast gəlinir. Amma radioda çalışdığım üçün mən müxtəlif üslubda olan mahnılara qulaq asıram. İndi mənim üçün cəmi iki musiqi növü var, keyfiyyətli və keyfiyyətsiz.

- Sizə böyük təsir göstərən kitablar və müəlliflər hansılardır?


- 1) M. Bulqakov - "Köpək Qəlbi"
2 ) Ç. Palanik - "Döyüşçü Klubu"
3) S.Minayev - "Duxless"
4) V. Pelevin - "Generation P"
5) Harper Li - "Alayçı quşu öldürmək"
6) M.Servantes - "Don Kixot"
7) Q.Səid - "Əli və Nino"
8) E.M.Remark- "Qara obelisk"
9) L.Kerroll - "Alisa möcüzələr diyarında"

Tural İsmayılov
MANERA.AZ


"Kitab insan fantaziyasını daim məşq elətdirən bir şeydi"- Müsahibə
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ