Nəsimi tək düşünürəm- Müsahibə

Tarix:20-07-2017, 12:58 Baxış Sayı:584

Nəsimi tək düşünürəm- Müsahibə


Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim “söz” haqqında anlayışımıza yeni bir məna gətirir. “Söz adamı” layihəsinin növbəti qonağı şair Vəli Xramçaylıdır.

- “Söz adamı” olmaq nə deməkdir? Bu anlayışın hansı mənfi və müsbət keyfiyyətləri var?

- Söz adamı olmaq ömrünü sözə verməkdir. Hər şeyin başında söz durur. Şah söz deyil, söz şahdır. Söz var adamı məhv edər, söz var adamı dağın başına qaldırar.

- Yaşamaq üçün yazmaq, yoxsa yazmaq üçün yaşamaq?

- Yaşamaq üçün yazanlar var, onları qəbul etmirəm, yazmaq üçün yaşayanlar önəmlidi mənim üçün.

- Ədəbi mühitin bu günki durumu sizi qane edirmi?

- Bu gün ədəbi mühit öləziyib, qane etmir, mən gördüyüm ədəbi mühit yox dərəcəsindədir…

- Müasir poeziyamızda kimləri oxuyub, bəyənirsiniz?

- Demək olar ki, çoxlarını oxuyuram. Hələ ki ədəbi hadisəyə çevrilən əsərə rast gəlmirəm, istedadlı şair və nasirlərimiz var, hamısını izləyirəm.

- Gənclərin ədəbiyyata kütyləvi axını doğrudurmu?

- Bu, həm yaxsıdı, həm də kor koranə gəlmək yaxşı hal deyil, indi əsərlər təhlil olunmur, hardasa Belinskiyə ehtiyac var…

- Qəzetləri hal-hazırda saytlar bir qədər kölgədə qoyur. Necə düşünürsünüz qəzet erası bitibmi?

- Düz deyirsən, hardasa qəzetçilik erası bitmiş kimidi, saytlar hardasa üstünlüyü ələ alıb, artıq qəzetlər oxunmur, kompüter əsridir.

- Qazax ədəbi mühiti parlaq imzalar yetişdirib. Bu nə ilə əlaqədardı? Təbiət yoxsa?


- Qazax ədəbi mühiti birbaşa təbiəti ilə bağlıdı, suyundan, torpağındandır, nəsə orda insanların çoxu ədəbi mühitə can atırlar.

- Dünya ədəbiyyatından kimləri oxuyursunuz?

- Dünya ədəbiyyatından çoxunu oxumuşam, dahilərin hamısını. Ən çox sevdiyim yazıçı Cek Londondu, onu oxuyanda yorulmuram.

- Yeni yazmağa başlayanlara hansı məsləhətləriniz var?


- Yazarlara məsləhətim, istər yazıçı, istərsə şair olsun, özlərini yazmaqlarını istərdim…

- Allah haqqında düşüncələriniz…

- Allah haqqında Nəsimi tək düşünürəm.

- Ölüm haqqında düşüncələriniz…

- Aşıq Alı demiş: “Ölüm haqdı, çıxmaq olmaz əmrdən”

- Son olaraq söz haqqında sözünüz…

- Mən ömrümü sözə verdim, mənim nəyim var ki, sözdən savayı?

Tural Cəfərli,
MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ