“Yaradıcılıqdan başqa heç nə ilə məşğul olmuram”

Tarix:28-06-2017, 23:07 Baxış Sayı:728

“Yaradıcılıqdan başqa heç nə ilə məşğul olmuram”


Bu dəfə ki müsahibim gənc və istedadlı teatr rejissoru Emil Bakuvidir.

Emil, teatr aləmində yetərincə tanınan gənclərdənsən, istərdim oxucularımız da səni tanısın...

-Teatr aləmində deyəndə ki, sosial şəbəkərəldən daha çox tanıyırlar. Bunun da səbəbi var, baxdığım tamşalarla ilgili sosial şəbəkələrdə söylədiyim fikirlər birmənalı qarşılanmır və bu fikirlər kimlərinsə boğazından keçmirdi, necə deyərlər qulaqlarına ağırlıq edir. Günlərin birində bizim dəyərli sənətkarlarımızdan biri ilə üz-üzə gəldik və soruşdu ki, Emil Bakuvi sənsən? Tanış olandan sonra dedi ki, mən sənin fikirlərini dəsəkləyirəm, amma sən gəncsən deyə bu gün sənə qaşı ikrah yara bilər...amma gələcəkdə mən inaniram ki, sənin bu sözlərini duymağa və səndən bunları eşitməyə böyük ehtiyac olacaq.
Bu sözləri eşidəndə hələ universitetin 1 kursunda idim. İndi görürəm və anlayıram ki, həqiqətən də o insan düz deyirmiş. O ki, qaldı oxucularla tanışlıq məşələsinə, ürəyindən necə keçir elədə təqdim elə.

Dəfələrlə görüşmüzdə işlərinin çoxluğundan danışırsan. Bəlkə elə söhbətə ilk olaraq yaradıcılıq işlərindən danışaq?

- Təbii ki,yaradıcılıq işlərimizdən danışacam, çünki yaradıcılıqdan başqa heç bir işlə məşğul ola bilmirəm.İşlər həddən ziyadə çoxdur,bəzən mənə deyirlər ki bu 4 ildə bu qədər çox danışıb da, bir iş görmürsən...təbii ki,hər kəsə bunun səbəbələrini açıqlamaq olmurdu.Təhsil həyatımın iki ilini o qədər də ürəkaçan şəkildə keçirmədim və bundan dolayı heç bir işə imza atib da biyabirçı bir məhsul ortaya çıxarmaq istəmirdim.Daha sonralar mənim müəllimim, teatr sənətimizin dəyərli sənətkarlarından olan Bəhram Osmanovla tanışlığım nəticəsində teatr, sənət barəsində ki,fikirlərim ibtidai biliklərdən uzaqlaşdı və yeni bir düşüncə pəncərəsi açıldı mənim üçün.Və mən sıfırdan teatrı öyrənməyə başladım.Bu illər ərzində öyrəndiklərimi isə tamaşamda nümayiş etdirdim.Sənin sualına dönərək cavablandırım ki,bu yaxınlarda məşqlərinə başladığımız Harol Pinterin “Mətbəxt lifti” pyesi üzərində çalışıram.Yay ayları olduğundan məşqlərə biraz ara vermişik. Deyim ki, forma, janr, üslub baxımından çox maraqlı və Azərbaycanda Pintere ilk müraciət olacaq.Onu da qeyd edim ki, bu tamaşa Teatr Xadimləri İttifaqında nümayiş olunacaq və Azərbayacan tetarında yeni bir işin yeni bir yaradıcılıq mühitinin yaranmasına gətirib çıxaracaq.Onun ardından isə Frans Kafkanın “Çevilmə” əsəri üzərində işlər gedir. Əsərin səhnələşdirilməsi işləri aparılır.Bu çox çətin və məsuliyyətli bir işdir.Bu tamaşa da forma və üslub baxımından qeyri-adi bir yaradıcılıqı işi olacaq, istər vizual, istər texniki,istərsə də öz bədii üstünlükləri baxımıdan.Və görürsən ki, sənə deyirdim ki,işlər çoxdur.Hələ bunun ardı var, amma mən bunlardan danışdıqca həm sevinirəm həm də həyəcanlanıram. Lənkəran Dövlət Dram Teatrına dəvət almışam quruluşçu rejissor kimi inşallah orada da çox maraqlı və dövrün aktual problematikasının,teatrın bu günü,sənətkar və şəxsiyyət problemlərini özündə ehtiva edən bir pyes üzərində çalışıram.Bu pyesin adını hələ açıqlamaq istəmirəm.İnşallah yaxın zamanlarda xəbərdar olacaqsınız. Görürsən də Turan işlər çoxdur, mən bu yay istirahətdən məhrumam. Amma bunun da öz gözəlliyi var. Yəqin ki, bu yaşda işlərin çoxluğu adama ləzzət edir. Allah axırını xeyr eləsin...

Diplom işin “Aciz” tamaşası mətbuatda, həm də sosial şəbəkədə geniş müzakirə olundu. Tanınmış insanlar- Aydın Talıbzadə, Məryəm Əlizadə və başqa teatrşünaslar, pedaqoqlar müsbət fikirlər səsləndirdilər. Reaksiyalar səndə hansı hisslər doğurdu?

- Təbii ki, ancaq gözəl hisslər.Aydın Talıbzadə, Məryəm Əlizadə kimi nəhəng teatr biliciləri, söz, düşüncə insanları yüksək qiymət verirsə bizə ancaq fərəhlənmək qalar.Amma bu tərifləri yastıq eləyib də başımın altına qoyub yatmıram, özün də görürsən ki, bütün günü məşqlərdən çıxıb məşqə girirəm. Günün 24 saatı da ancaq teatr barədə düşünür, müzakirələr aparıram. Bəzən dostlara deyirəm ki, mağazada çörəyin qiymətini də bilmək lazımdır, uşaqlar...
“Yaradıcılıqdan başqa heç nə ilə məşğul olmuram”


Adətən tələbələr asan işlər hazırlayır, amma Emil Bakuvi daha çox çətin işlərdən yapışır...

- Yəqin Dostayevskiyə, Kafkaya müraciət etməyimi nəzərdə tutursan. Onu deyim ki, Dostoyevski nəhəngdir və dünya ədəbiyyatında onunla bir sırada qoyula biləcək insan ancaq Tolostoy ola bilər. Mənə görə bir çox məqamlarda Tolostoy Dostoyevskiye uduzur. Dostoyevskinin yaradıcılığ ilə hələ orta məktəb illərindən tanışam və ilk olaraq onun “Bəyaz gecələr”ni oxumuşam. Dünya ədəbiyyatında və ədəbiyyatşünaslığında Dostoyevski ilə bağlı çox mühüm tədqiqat işləri aparılıb və bu gündə aparılır, bu işləri oxuduqca Dostoyevskinin dahiliyinə bir daha məəttəl qalıram. Bu araşdırmalardan ən qiymətlisi Baxtinin Dostoyevski poetikasının problemləri ilə bağlı araşdırmasıdır məncə. Onun haqqında yazdığı fikirləri oxuduqca Dostayevskinin dahiliyi təkcə energetik halı ilə deyil, həm də elmi nəzəri tərəfləri ilə məni cəlb edir.Və onu da nəzərə alaq ki,dünyada Baxtin səviyyəsində ədəbiyyat adamının Dostoyevskini tədqiq etməsi bu da bir göstəricidir.Sənə deyim ki, Freyd,Yung, Adler Dostoyevskidən təsirləndiklərini heç gizlətmirlər və ədəbiyyat sahəsində pisixologiya barədə yeganə nəsə öyrəndiyimiz adam varsa bu Dostoyevskidir deyə qeyd edirlər.Mən bu siyahını daha da uzada bilərəm, bu siyahıya böyük düçüncə və fikir adamlarının alimlərin adlarını əlavə edə bilərəm, amma oxucuların vaxtını almaq istəmirəm...

Diplom işində əməkdar artist Şövqü Hüseynov rol aldı, peşəkarla çalışmağın xeyli üstünlükləri var yəqin...

- Peşəkarlarla işləmək məsuliyyətdi. Təsəvvür elə, Şövqü Hüseynov kimi bir aktyorla 4 kurs tələbəsi tamaşa qurmağa hazırlaşır, təbii ki, üzərimə böyük bir məsuliyyət götürmüşdüm. Tamaşada Qadın obrazını oynayan çox gənc və istedadlı aktrisa Xəyalə Meydanovaya da təşəkkür edirəm ki, dəvətimi qəbul etdi. Səhnə əsərinin tərcüməsi Gülcahan xanın Mirməmmədə, rəssam işi Sona Qarayevaya,səhnə hərəkəti və plastik həll Səbinə Məmmədova, musiqisi Ramiq Nəsirova , isıq üzrə rəssam işi isə Vadim Kuskova aid idi. Tamaşanın bədii rəhbəri Gənc Tamaşaçılar Tearının baş rejissoru, ADMİU-un Dram rejissoru kafedrasının müdiri, Əməkdar incəsənət xadimi Bəhram Osmanov idi. Turan, sən də adlarını çəkdiyim insanları tanıyırsan, bilirsən ki, öz işlərində peşəkardırlar. Təbii ki bu cür komanda ilə birgə işləyəndən sonra “Aciz” kimi baxımlı tamaşa ortaya çıxdı. Məncə hər bir işdə peşəkar səviyyədə çalışmaq lazımdır.Və bu nə qədər də çox səslənsə də yenə dönə -dönə qeyd edim ki teatr, kollektiv sənətdir...
“Yaradıcılıqdan başqa heç nə ilə məşğul olmuram”


Mükəmməl rejissor olmaq üçün səncə hansı keyfiyyətlərə malik olmaq lazımdır?

- Bu çox asan sual oldu, təbii ki bunun cavabı cox sadə və dəqiqidir. Amma bunlara əməl etmək və yerinə yetirmək çox çətindir.Əgər sən daima maraqlı iş sərgiləmək istəyirsənsə ancaq oxumalısan, nə oxuduğunun fərqi yoxdu, yetərk ki, oxuyasan. Bəzən elə bir məqamda elə bir kitabdan elə bir fikri oxuyursan ki, bundan sonra yeni bir tamaşa yarana bilir. Bu sənətdə mütaliə vacib və əsas şərtdir. Bu oxuduqların sənin işinin səviyyəsinin nə dərəcədə yüksək olmasına gətirib çıxarır. Dünya teatr məkanında bizim bildiyimiz, oxuduğumuz, öyrənməyə çalışdığımız sistemlər çoxdur və bunları bilmədən çalışmaq mümkün deyil.
Hər bir tamaşa öz vahid üslub və konsepsiyası baxımından diqqətlə işlənilməlidir, mizandan tutmuş tamaşada aktyorun ayağına geyindi ayaqqabının bağına qədər diqqətlə işlənməlidir. İlk baxışdan xırda görsənən bu detallar əslində çox vacib məqamlardı. Onları gözdən qaçmaq olmaz. Məzmunun doğurduğu forma prinsiplərinə uyğun olaraq tamaşa qurulmalıdır.Bu teatr elmi çox qəliz və hərtərəflidir.Sən burada fəlsəfdən tutmuş,tibbi,pisixoloji,tarixi və daha adlarını sadlamağa ehtiyac bulmadığım bütün nəsnələrdən xəbərdar olmalısan.Tamaşa dediyimiz məhsul mütləq və rəğmən elmi əsaslara söykənməlidir, çünki teatr çox böyük elmi bilik tələb edən bir sahədir. Ancaq oxumaq lazımdır, necə deyərlər, oxumaq, oxumaq, yenə də oxumaq...

Gənc olmağına baxmayaraq bu sualı sənə vermək düzgündü sən özünü yaxşı rejissor hesab edirsən?

- Bu sualın cavabını tamaşam haqqında deyilən fikriərdən və yazılan böyük məqalələrdən ala bilərsən. Amma düşünürəm ki, yenə də zaman göstərəcək. Biz gənclərə ümidlər böyükdür, inşallah yaxşı olacaq. Düşünürəm ki, Əlif Cahangirli, Asiman Ağayev, Yunus Vəlipur, Abdulla Elşad İsmayıl, Fidan Kərimova, Mehman Fətullayev kimi gənc rejissorlar tezliklə bu sənətdə öz sözlərini deyə biləcəklər.

Bu gün bəziləri iddia edir ki, Azərbaycanda nə kino var, nə teatr...

- Zaman-zaman mən də bunu deyirdim. Amma yaxından bələd olduqdan sonra bizdə vəziyyətin bu sual qədər də ağır olmadığını düşünməyə başladım. Ən azından Azərbaycan teatrında böyük rejissorlar və böyük aktyorlar var.Sadəcə yeni müstəqillik qazanmış bir dövlət üçün bizim tələb etdiyimizi standartlar çox yüksəkdir. İnanıram ki, Azərbaycan teatrını böyük uğurlar gözləyir çünki bizim Dağlar Yusif,Emin Əliyev kimi teatşünaslar,Ziya Ağa,Hilal Dəmirov,Şamil İbrahimov Xədicə Əsgərli,Ləman Novruzva,Məmmədağa Əlili,Corc Qafarov,Nurlan Süleymanlı,Kamran Muradlı,Leyla Atayeva,Nuridə kimi istedadlı gənc aktyor yoldaşlarımız var və mən inanıram ki,bu adları çəkilən gənclərin gələcəkdə adının qarşısında sənətkar statusunu fəxrlə çəkəcəyimiz insanlar olacaqlar.
Mən hər zaman bu ifadəni söyləməkdən xoş hal oluram ,gerçək qəhrəman öncə öz nəfsini sirkələyib atan, sonrada özünü fəthin edəndir. Fəthin üçün gec qalmış deyilik. O səbəbdən də fəthin mübarək Azərbaycan.

“Yaradıcılıqdan başqa heç nə ilə məşğul olmuram”

Fyodor Dostoyevskinin "Balaca" povestinin motivləri əsasında hazırlanan "Aciz" tamaşası

Söhbətləşdi:Turan EtibaroğluБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ