" Hərdən güzgüdə öz üzümə tüpürə bilirəm"- Nərgiz Nənə və Tural İsmayılov

Tarix:24-04-2017, 12:59 Baxış Sayı:857

" Hərdən güzgüdə öz üzümə tüpürə bilirəm"- Nərgiz Nənə və Tural İsmayılov


Manera.az və Birifinq.az birgə “Bir qadın, bir kişi soruşur” layihəsində ölkə ədəbiyyatının və ictimai mühitinin tanınan simalarını fərqli suallarla tanımağa çalışacaq. Nərgiz Nənə və Tural İsmayılov bu dəfə bir-birinin suallarına cavab verir.

" Hərdən güzgüdə öz üzümə tüpürə bilirəm"- Nərgiz Nənə və Tural İsmayılov


Nərgiz soruşur:

- Səni tanıyıram deyə, bilirəm ki, kifayət qədər çalışqan, bacarıqlı, mütaliəli gəncsən. Amma özünə bu əzablı, ağrıdan başqa bir şey verməyən yazı-pozu aləmini seçmisən. Biznesmen də ola bilərdin məsələn. Özü də ki, bizim indi savadlı biznesmenlərə ehtiyacımız var. Bəlkə hələ də gec deyil. Ağlın nə deyir?

- Sözün açığı, biznesmen ola bilmərəm. Məsələ bacarıqla əlaqədar deyil. İnsanın səbr edəcəyi və etməyəcəyi şeylər var. İnan ki, media və ədəbiyyatla heç bir əlaqəsi olmayan, amma kifayət qədər yaxşı qazandığım işlərdən sırf darıxdığım üçün imtina etmişəm. Təsəvvür et, əbədiyyən olmayacaqsan və sənin çox məhdud bir ömrün var, niyə o ömrün yarısından çoxunu sevmədiyin işləri görməklə keçirəsən ki? Yazı -pozu mənə ağrı vermir, əzab da vermir, əksinə ədəbiyyat və yazıdan kənar olan məişət stabilliyi məni məhv edir. Mən hər yerdə, metroda, işdə, yolda darıxma potensialı çox yüksək olan adamam, yazı-pozu mənə bir az nəfəslik verir. Amma təbii ki, daha yaxşı pul qazanmaq olar, bunun üçün imkan və şərait də yetişəndə uzaqlaşa bilərsən jurnalistikadan. Ədəbi yaradıcılıqla isə məşğul ola bilərsən yenə də... Ədəbiyyat mənim ciyərlərimdir!

- Qəribə bir şey var. Bizdə savadlı gənclərin əksərinin, bəlkə də hamısının içində sanki 100 yaşlı insan var. Təəccüblənmirlər, əylənə, doyunca gülə, sevinə bilmirlər. Bunu nə ilə bağlayırsan? Həm də ki, yaşlılıq yaxşıdı e... amma içindəki 100 yaşlı mənlə yaşamaq da yorucudu axı...

- Yox, mən razı deyiləm sənlə. Dediyin insanlar o qədər də böyük əksəriyyəti ifadə etmir. Mən intellektuallıq və dünyagörüşün zənginliyinə önəm verən insanam. Amma həyatı sadəcə ağıllı danışmağa çalışmaqla ölçən, doyunca əylənməyən, gülə bilməyən, hətta bəzən qəribə və qıcıq yaradan davranışları belə sərgiləyə bilməyən insanların yaşamını da anlamıram. Axı, sən necə bir xəttli və boz yaşamağa çalışasan ki? Bəzən hətta tənqid etdiyin ən primitiv zarafatı belə situasiyadan asılı olaraq edə bilərsən. Yaşından öncə böyüyən uşaq da, qoca görünmək istəyən gənc də, müdriklik ifadəsini sanki pessimist qoca dərviş obrazıyla simulyasiya edən ədəbiyyat adamı da üzücü mənzərə yaradır. İçini saflaşdırmaq üçün ruhunu gənc saxlamalısan. Klişedir, amma reallıqdır: "Hər yaşı öz dövründə yaşamaq gözəldir".

- Şəxsi həyatını sosial şəbəkələrdə çox yazan insanları əksəriyyət qınayır. Elə bil bir az səndə də var.

- Qınayırlar? Hmm... İcimai insanın gözdən iraq olmaq seçimi olduğu kimi insanlarla nələrisə bölüşmək istəyi də təbii qarşılanmalıdır. Fəlsəfə düşüncənin sirkulyasiyasından ibarətdir. Eləcə də insan bəzən başqalarının reaksiyası ilə daha dolğun qərarlar verir. Qaldı ki mənə, qətiyyən özəl şeyləri bölüşmürəm. Sadəcə bəzən reaksiya maraqlı gəldiyi üçün özümdən nələrsə uydura bilirəm. Tutaq ki, bir hekayə yazırsan və birinci şəxsin dilindən hadisəni nəql edirsən, bir az anlayışı olmayan adam elə bilir ki, hadisələr öz başına gəlib. Yazarın sosial şəbəkədəki statusunda da real, ya qeyri-real, şişirdilmiş yaxud bəzəksiz nələrisə anlatmaq seçimini anlamaq lazımdır sadəcə.

- Səni bu qədər fəlsəfəyə bağlayan nədir? Nə verir sənə?

- O qədər geniş cavab tələb edir ki bu sual. Qısa deyim: Məni fəlsəfəyə bağlayan düşünməyə olan aclığımdır, fəlsəfənin mənə verdiyi isə yaşamaq enerjisidir.

- Bütün bu ədəbiyyat, fəlsəfə, sosial şəbəkələr, dost-tanışlar... Xoşbəxt ola bilirsənmi?

- Yox. Mən adi şeylərdən uşaq kimi xoşbəxt ola bilirəm. Amma daha uzun müddətli xoşbəxt hiss etsəydim, bunların heç biri olmazdı inan! Həm daha çox xoşbəxt olmaq istəmirəm. Bəzən özünü heç hiss etmək, bədbəxt də olmaq lazımdır. Çünki əksiliklər olmasa, həyat da olmaz, ölüm də. Ona görə, güzgüdə öz üzümə tüpürmək sadəliyini bacardığm qədər, "mən hamıdan yaxşıyam" deməyi də bacarıram.

Tural soruşur:

- Səni illərdir tanıyıram, çalışqan, kifayət qədər savadlı jurnalistsən. Niyə jurnalistika?

- Xaraktercə özümü həll etmiş adamam. Mənim üçün xeyli vaxtdır ki, şəxsi heç nə qalmayıb. Amma konkret dərkt etdiyim bir şey var. İnsan dünyaya özünə görə gəlmir. Kimin üçünsə mütləq Simurq quşu olmalısan. Əslində bu anlayış müasir insanın nümunə cəhdididir. Təbii, peyğəmbər olmaq düşüncəmiz və şansımız yoxdur. Amma jurnalist olmaq ayaqlarını itirmiş birinin ayağına qovuşmaq reallığıdır. Yəni, jurnalist bunu edə bilər.

- Gözəlsən, fərqlisən, dünyagörüşün zəngindir, bir xanımda olması gərəkən hər şeyə maliksən. Bəs niyə kədərə bu qədər uduzursan?

- Bir dostumun mənim kədərə uduzmağım haqqında içdən məğlubiyyəti ancaq və ancaq təəssüf verir. Biri var Günəş şüalarının düşdüyü yerə çıxa bilməyəsən, biri də var qaldığın yer altından heç vaxt o gözəlliyi görməyəcəyini anlayıb, başqalarına vəsilə olasan.

- Bir vaxtlar iç səsinlə baş-başa qalıb şeirlər yazırdınn. "O" kim idi? İç səsin ya ikinci sən?

- “Bir zamanlar” dəyəndə ki, yenə də yazıram. Bədii ədəbiyyat hazırda mənim üçün özünü təqdim etmək cəhdi deyil, ona yoldur. Yəni, gülməyə başlayanda dərk etmişəm ki, xeyli şeydə haqlı deyiləm. Və gülməyə düşündüyüm dərəcədə haqqım çatmır. Qısası, mən xoşbəxt olmaq üçün yox, təskinlik vermək üçün doğulmuşam. Bu şərəfsiz gerçəkliyi hiss edəndən sonra nə getməyə yerim qalıb, nə də ölməyə. Şeir necə yaransın ki?

- Gülüş sənə çox yaraşır. Nə edək ki həmişə olmasa da, çox zaman gülümsəyəsən?

- Gülümsəmək elə bir dəhşətverici şeydir ki, sənə olduğun cəmiyyətin nifrət etməsinə səbəb ola bilər. Məsələn, hərdən düşünürəm ki, sürətlə gələn yük maşınının təkərləri altında qalsam, nə edərdim? Qışqırardım, yoxsa nə? Yəni, özüm belə bu sualların cavabını içimdə bölüşə bilmirəm.

- Hansı hallarda hamıya "bəsdir, əl çəkin" deyə bağırmaq istəyirsən?

- İndi elə yaş dövründə və elə insanlarla ünsiyyətdəyəm ki, hər biri nələrisə öyrədir, müəyyən məsələlərdə məsləhət verir. Bəzən istəmədiyin insanları da hər hansı səbəbdən qəlbini qırmamaq üçün dinləyirsən. Bunlar hamısı normaldır. Lakin elə vəziyyətlər olur ki, dəyər verdiyin, xətrini istədiyin insanlar da sözləri, qurduqları cümlələrlə səni özündən çıxara bilir. Bax, həmin vaxt doğrudan da “bəsdir daha” deyib, dünyanın aralanmış qapısından qaçmaq istəyirəm.

MANERA.AZ,
BRİFİNQ.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ