“İslam həmrəyliyinin Azərbaycan modelinin elmi əsasları”

Tarix:18-12-2017, 11:05 Baxış Sayı:55

“İslam həmrəyliyinin Azərbaycan modelinin elmi əsasları”
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “İslam həmrəyliyinin Azərbaycan modelinin elmi əsasları” mövzusunda konfrans keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İSa Həbibbəyli 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu xatırladıb, bu istiqamətdə akademiyada görülən işlərdən bəhs edib.

Akademik İ.Həbibbəyli İslam həmrəyliyinin müsəlman ölkələri arasında iqtisadi, mədəni münasibətlərin genişlənməsinə töhfə verdiyini söyləyib. Bildirib ki, Prezident İlham Əliyevin İslam ölkələri arasında həmrəylik təşəbbüsü təqdirəlayiqdir və bu müsəlman ölkələri tərəfindən də dəstəklənir. İ.Həbibbəyli İslam aləminin, müsəlman ölkələrinin həmrəyliyinə ciddi-cəhdlə çalışan Azərbaycanın bu sahədə xüsusi fəallıq göstərdiyini qeyd edib, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu genişləndirməyə müvəffəq olduğunu bildirib.

İraq Respublikasının ölkəmizdəki səfirliyinin üçüncü katibi xanım Enas Abdul Kadhim Mohammed Al-Khazraji Azərbaycanda İslam həmrəyliyi ilə bağlı görülən işləri, həmçinin Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələri yüksək qiymətləndirib.

Professor İzzət Rüstəmov Azərbaycanda müxtəlif dinlərə, məzhəblərə xüsusi həssaslıqla yanaşıldığını, tolerant ölkə olaraq bütün daxili və xarici siyasətdə bu məsələyə önəm verildiyini qeyd edib. Alim ulu öndər Heydər Əliyevin dünyanın müsəlman liderləri arasında nüfuz qazanmasının kökündə onun böyük siyasi düşüncəsinin, zəkasının dayandığını söyləyib, hazırda bu siyasətin dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyini bildirib.

Konfransda “Çoxluqdan birliyə: İslam məktəbləri arasındakı fərqliliklərə necə yanaşmalı?”, “İslam dünyası və müasir çağırışlar”, “İslamda fərqli düşüncəyə münasibət”, “Azərbaycanlı mütəfəkkirlərin İslam düşüncəsinin formalaşmasındakı rolu”, “İslam həmrəyliyi problemləri və onun həlli yolları” mövzularında məruzələr dinlənilib. Məruzələrdə İslam həmrəyliyinə mane ola biləcək məqamlardan, onların tarixi, siyasi, coğrafi səbəblərindən və həlli yollarından bəhs edilib. Eyni zamanda, müxtəlif sivilizasiyalar daxilində xüsusi intellektual çəkiyə malik olan məktəblərin mövcudluğuna diqqət çəkilərək İslam mədəniyyətində də güclü intellektual məktəblərin, elmi mərkəzlərin mövcudluğundan, onlar arasında “Azərbaycan məktəbi”nin xüsusi yerindən bəhs edilib.

Sonda MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxananın təşkilatçılığı ilə keçirilən konfransın “İslam Həmrəyliyi İli”nə töhfə olduğunu vurğulayıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ