Misir Mədəniyyət Mərkəzində tələbələrlə görüş

Tarix:19-10-2017, 13:30 Baxış Sayı:32

 Misir Mədəniyyət  Mərkəzində  tələbələrlə görüş
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin SABAH qrupunun tələbələri ilə görüş keçirilmişdir.

Misir Mədəniyyət Mərkəzi və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi tələbələrə rəhbərlik etdiyi qurumun yaranma tarixi və fəaliyyəti, Misir və Azərbaycan arasında mədəni əlaqələr və dilomatik əlaqələrin 25 illiyi barədə, eləcə də Bakı Dövlət Universiteti ilə əməkdaşlıq barədə geniş məlumat verərək Misir və Azərbaycan arasında dostluq əlaqələrinin tarixi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əsas istiqamətlərindən, mədəniyyət əlaqələrinin daha da genişləndirilməsi və təhsil sahəsində əməkdaşlığın artırması üçün aparılan işlər barədə məlumat verdi.
Daha sonra Mərkəzin rəhbəri tərəfindən tələbələrə Qədim Misir sivilizasiyası haqqında mühazirə oxunaraq, Misirin tarixi və mədəniyyətini əks olunduğu slayd və film nümayiş olundu.

Daha sonra Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri tərəfindən tələbələri maraqlandıran suallar cavablandırıldı.
AMEA-nın aparıcı elmi işçisi, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin fəlsəfə doktoru Aynur Nəcəfova Mərkəzin rəhbərinə səmimi qəbul və mühazirə üçün öz təşəkkürünü bildirdi.

Görüşüm keçirilməsində məqsəd Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alan tələbələrin əyani olaraq Qədim Misir sivilizasiyasının tarixi və mədəniyyəti haqqında biliklər əldə etmək və dünyagörüşlərinin artırılmasından ibarət idi.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ