Kişilər qadınlardan az yaşayır

Tarix:27-03-2015, 12:27 Baxış Sayı:423

Kişilər qadınlardan az yaşayır
Kişilərin ömrünü uzatmaq üçün, onların xüsusi istirahət məkanlarında dincəlmələrini məsləhət görülür


Sağlamlıq Son illər cəmiyyətdə qadınlar və kişilər arasında mövcud olan yaş həddinin dəyişməsi, alimləri düşündürərək bunun səbəblərini araşdırmağa sövq edib. Aparılan araşdırmalar zamanı, bu prossesə təsir edən bir neçə amil ortaya çıxsa da, qadınlar və kişilər arasında yaranan yaş həddinin əsas səbəbini xarici deyil, daxili amillərlə əsaslandırıb. Çünki, qadınların kişilərdən fərqli olaraq daha emossional olmaları, onları daha uzunömürlü edir.

“Qadınlar streslə rastlaşdıqları an danışaraq və ya ağlayaraq yügülləşirlər. Və bununla da stresdən uzaqlaşırlar. Kişilərdə isə bu proses tərsinə gedir. Bu cür hallarda kişilər üzləşdiyi problemləri öz içində həll etməyə çalışırlar. Onlar danışmamağa üstünlük verirlər. Hazırda xanımlar üçün ən mühüm olan münasibətdir. Xanımlar istənilən bir şəraitə daha tez bir zamanda adapta olur, nəyinki kişilər”, – deyə psixoloq Elnur Rüstəmov bildirib.

Digər bir səbəb isə kişilərin daha çox fiziki işlərdə işləməsidir. Bu amil də onların ömürlərinin qısalmasına səbəb olur. Amma bu fərqin yaranmasını tibbi baxımdan da izah edənlər də var. Çünki, son zamanlar tibbin və təbabətin inkişaf etməsi, xanımların bu yollardan istifadə edərək həm yaşlarını, həm də ömürlərini uzada bilmələrinə şərasit yaradır.

Araşdırmalara görə, bu yaş həddi son zamanlar artmağa doğru gedir. Elə statistik araşdırmalar da hazırda kişilər və qadınlar arasında olan yaş həddinin 7-10 arasında dəyişdiyini göstərir.

“Yaş həddi arasında fərqi azaltmaq üçün pensiya yaşına çatanda 3, bəzən isə 5 il fərq qoyurlar. Yəni kişilər qadınlardan daha çox fiziki işlə, eyni zamanda aktiv həyatla məşğul olduğuna görə, daha çox stresə məruz qalırlar. Həm ailə daxilində, həm də iş yerində asılı olaraq. Bu amillər kişilərin ömrünə, yaş həddinə öz təsirini göstərir”, – deyə sosioloq Rəşad Əsgərov qeyd edib.

Mütəxəssislər kişilərin ömrünü uzatmaq üçün, onların təqaüdə çıxdıqdan sonra xüsusi istirahət məkanlarında dincəlmələrini, vaxtlarının çox hissəsini açıq havada, təbiətdə keçirmələrini məsləhət görür. /ansБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ