"Azərbaycan həqiqətləri dünyaya çatdırılır"

Tarix:29-07-2017, 20:18 Baxış Sayı:81

"Azərbaycan həqiqətləri dünyaya çatdırılır"
İyulun 29-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Prezident İlham Əliyevin tövsiyəsi, BBMM, UNESCO, “Erasmus+”, “ALADDİN layihəsi” və Azərbaycanın Gənc Dostları Klubunun (AGDK) birgə təşkilatçılığı ilə keçirilən “Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində - Azərbaycanda dinlərarası harmoniya” adlı V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları ilə görüşüb.

Tədbirdə K.Abdullayev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından yay məktəbinin əhəmiyyətindən danışıb. Bildirilib ki, beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 15, Azərbaycanın 38 nüfuzlu ali təhsil ocağında tələbələr üçün qış və yay məktəbləri təşkil olunub. Əsas məqsəd həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmalarına şərait yaratmaqdır.

“Azərbaycanın Gənc Dostları Klubunun üzvləri ilə daim əlaqədə olaraq onların üzləşdikləri problemlərin aradan qaldırılmasında yaxından iştirak edəcəyik. Həmçinin klubun üzvləri Azərbaycanda müxtəlif mövzularda təşkil ediləcək konfranslara, “dəyirmi masa”lara və digər tədbirlərə dəvət olunacaqlar. Klubun üzvləri Azərbaycanı özlərinə dost bildikləri kimi, Azərbaycan da sizi özünə dost bilir”, - deyə Kamal Abdullayev qeyd edib.


Sonda yay məktəbinin iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ