2 multikultural almanax - Yeni nəşr

Tarix:19-05-2017, 11:46 Baxış Sayı:132


2 multikultural almanax - Yeni nəşr
Vətənimizin cənub regionunda yaşayan, Azərbaycan və talış dillərində yazıb yaradan 128 şair və nasirin yaradıcılığından seçmələrin toplandığı “Gəl bizim yerlərə...” və ölkəmizin şimal bölgəsində yaşayıb 7 dildə yazıb yaradan55 şair və nasirin yaradıcılığından seçmələrin toplandığı “Bir yanı Şah dağı, bir yanı Xəzər” adlı kitablar nəşr edilib.

“Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində buraxılmış kitablarda 183 müəllifin 9 dildə şeir, hekayə, esseləri toplanıb.Hər iki almanax Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi tərəfindənhəyata keçirilən "Etnik qruplar arasında azərbaycançılıq ideologiyasınıntəbliği və mədəni müxtəlifliyin inkişafına dəstək” layihəsi çərçivəsində nəşr edilib.Layihənin rəhbərivə nəşrlərin ideya müəllifi bu QHT-nin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri, yazıçı-publisist Hacı Nərimanoğludur.

2 multikultural almanax - Yeni nəşr
Ön sözlərdə qeyd edilib ki, bu toplularda ədəbiyyatımızın milli, etnik zənginliyi, rəngarəngliyi aydın görünür. Əsrlərdən bərimüxtəlif xalq və etnoslar Azərbaycan ərazisində mehriban bir ailə kimi yaşayırlar.Bu qədim torpaqlarQafqaz türkləri ilə bərabər, talış, ləzgi, tat, dağyəhudiləri, xınalıq, buduq, qrız, əlikli, hapıtlı, cəgli,avar, saxur, yergüclü və s. xalqların da doğma vətənidir. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının bir çox istedadlı nümayəndələri bu xalqların yetirmələridir.Həmin xalqların nümayəndələrinin bir çoxunun yaradıcılığından seçmələr ilk dəfəbu kitablarda işıq üzü görür.Nəfis tərtibatlı nəşrdə Azərbaycan, Torpaq, Vətən məhəbbəti, Qarabağdərdi,Şəhidlərə hörmət, dünyaya, insana sevgi, nəcib insani duyğuları tərənnüm edən şeir, hekayə və esselər əsas yer tutur.
Kitabların nüsxələri müəlliflərlə bərabər bölgənin mədəniyyət, təhsil obyektlərinə də hədiyyə ediləcəkdir.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ