Qafqaz Universitetində görüş keçirilib

Tarix:16-12-2016, 11:00 Baxış Sayı:121

Qafqaz Universitetində görüş keçirilib
Qafqaz Universitetinin “Azərbaycan multikulturalizmi” elm-tədris mərkəzində “Multikulturalizm ili”nin yekununa həsr olunmuş görüş keçirilmişdir.

Tədbirdə Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Əhməd Sami “Multikulturalizmin Misir və Azərbaycan modellərinin ortaq yönləri” mövzusunda mühazirə ilə çıxış etmişdir. İxtisasca Azərbaycanşünas olan və Azərbaycan Milli Elmlər Akademiyasında doktorantura təhsili alaraq alimlik dərəcəsi almış cənab Əhməd Sami uzun illərdir iki ölkə arasında mədəniyyət körpüləri qurmaqdadır.

Tədbiri açıq elan edən Qafqaz Universitetinin “Azərbaycan multikulturalizmi” elm-tədris mərkəzinin müdiri prof. Həbib Zərbəliyev Azərbaycanın dövlət siyasətinin bir istiqamətini təşkil edən tolerantlıq və multikulturalizmin önəminə diqqət çəkərək, Mərkəzin bu siyasətə həm təbliğat həm də elmi vasitələrlə xidmət göstərdiyini vurğuladı. Nəzərinizə çatdıraq ki, adı çəkilən Mərkəz cari ilin noyabrında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin tövsiyəsilə Qafqaz Universitetində təsis edilmişdir.

Mövzunu davam etdirən Əhməd Sami bir çox milləti və dini vahid tolerantlıq çətiri altında toplamağa nail olmuş Misir Ərəb Respublikasında multikulturalizm ənənəsindən bəhs etdi və Azərbaycanda müşahidə etdiyi multikultural mühitin öz ölkəsi ilə ortaq və fərqli yönlərinə diqqəti çəkdi. O hazırda dünyada yaşanan ən böyük problemlərdən birinin millətlər və dinlərarası fərqlərin qabardılması olduğunu nəzərə çatdıraraq, Azərbaycanda belə bir təhlükənin olmamasını burada xalqların tarixən birgə yaşamaq ənənəsinə sadiq qalması ilə əlaqələndirdi.

Tədbirin sonunda qonaq tələbələrin suallarını cavablandırdı.


Qafqaz Universitetində görüş keçirilib


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ