“Misirdə ədəbi cərəyan” mövzusunda mühazirə oxunub

Tarix:24-11-2016, 14:30 Baxış Sayı:177

“Misirdə ədəbi cərəyan”  mövzusunda mühazirə oxunub

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Misirin məşhur Əl-Əxbar Media Holdinqinin “Ədəbiyyat xəbərləri” qəzetinin baş redaktoru Tarik Ət Tahir ərəbşünas tələbələr üçün “Misirdə ədəbi cərəyan” adlı mühazirə oxuyub.

Tədbiri açan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi qonaqları salamlayaraq Mərkəzin fəaliyyət istiqamətlərindən biri olan tədbirlərin keçirilməsini vurğulayaraq bildirdi: “Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi daim mədəniyyət və təhsillə əlaqədar tədbirlərin keçirilməsində, tələbə mübadiləsində, Misirin elm adamları, o cümlədən yazıçılar ilə görüşlərin təşkil olunmasında maraqlıdır. Məqsəd ədəbi və mədəni sahədə əməkdaşlığın daha da genişləndirilməsindən ibarətdir.”

Daha sonra AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri İmamverdi Həmidov Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin vasitəsilə bir çox misirli alimlərin Azərbaycana səfərləri və bu səfərlərin nəticəsi olaraq Azərbaycan haqqında kitabların, məqalələrin yazılması ilə nəticələndiyini və Azərbaycan haqqında yazılan məlumatların ərəb dilində yayılmasını vurğuladı.

Sonra Misirin “Ədəbiyyat xəbərləri” qəzetinin baş redaktoru Tarik Ət Tahir “Misirdə ədəbi cərəyanlar” haqqında mühazirə oxudu. Mühazirədə ədəbiyyat elminə töhfə vermiş istedadlı Misir yazıçıları, onların əsərləri barədə mühazirə iştirakçılarına məlumat verdi. Mühazirədən sonra tədbirin bədii hissə ilə davam etdi. Bədii hissədə Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin, Avrasiya Universitetinin tələbələrinin ifasından konsert proqramı və tamaşa göstərildi.

Elman,
MANERA.AZ


“Misirdə ədəbi cərəyan”  mövzusunda mühazirə oxunub
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ