Misirli jurnalist Azərbaycan Milli Kitabxanasında olub

Tarix:22-11-2016, 16:30 Baxış Sayı:157

Misirli jurnalist Azərbaycan Milli Kitabxanasında  olub

Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi və Misirin Əl-Əxbar Media Holdinqinin “Ədəbiyyat xəbərləri” qəzetinin baş redaktoru Tarik-əl-Tahir Hifni Azərbaycan Milli Kitabxanasında olmuşlar.

Qonaqları Milli Kitabxananın direktoru professor Kərim Tahirov qəbul etmişdir.

Görüşdə hər iki ölkənin milli kitabxanaları arasında əlaqələrin daha da genişləndirilməsinin zəruriliyi bildirilmişdir.

Misir Milli Kitabxanası və İskəndəriyyə kitabxanası ilə əlaqələrindən danışan direktor hər iki kitabxana ilə qarşılıqlı kitab mübadiləsi aparıldığını söyləmiş, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə layihələrdən danışmışdırr.

Qonaq bütün ərəb dünyasına yayılan, baş redaktoru olduğu “Ədəbiyyat xəbərləri” qəzeti haqqında qısa məlumat verdikdən sonra Azərbaycan Milli Kitabxanasını əməkdaşlığa dəvət edərək kitabxana haqqında materialları qəzetə göndərməyi tövsiyyə etmişdir.

Qonaqları kitabxana ilə tanış edən direktor müavini Ədibə İsmayılova onları həm də kitabxananın yeni layihəsi olan “Açıq kitabxana” ilə tanış etmişdir. Qonaqların sualları ətraflı cavablandırılmışdır.

Baş redaktor “Açıq kitabxana”nada “Xatirə kitabı”na öz ürək sözlərini yazmışdır.

***
Noyabrın 22-də Misirin məşhur “Əxbar əl-Ədəb” (“Ədəbiyyat xəbərləri”) qəzetinin baş redaktoru Tarıq ət-Tahir Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Görüşdə mərkəzin direktoru Afaq Məsud qurumun fəaliyyəti barədə qonağa geniş məlumat verərək, Azərbaycanda ərəb ədəbiyyatına olan maraqdan, Bakıda fəaliyyət göstərən ərəb ölkələrinin səfirlikləri ilə qurulmuş əlaqələrdən və layihələrdən söz açıb.

Direktor, həmçinin bir müddət əvvəl Mərkəz tərəfindən tərcümə və nəşr edilmiş məşhur Misir yazıçısı, Nobel mükafatı laureatı Nəcib Məhfuzun “Bildirçin və payız” kitabının oxucular tərəfindən maraqla qarşılandığından, Azərbaycan ədəbiyyatının dünyada, eləcə də ərəb ölkələrində tanıdılması istiqamətində həyata keçirilən layihələrdən danışıb: “Bu layihələrdən ən mühümü, əlbəttə ki, hazırda müxtəlif dillərdə dünyaya təqdim etməkdə olduğumuz “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”dır. Bu kitab artıq rus, türk və ingilis dillərində çap olunub. Yaxın günlərdə nəşrin ərəb dilində Misirdə işıq üzü görəcəyi gözlənilir”.

Öz növbəsində, rəhbəri olduğu mətbu orqanın 25 illik fəaliyyətindən danışan Tarıq ət-Tahir 20-dən çox ərəb ölkəsinə yayılan qəzetin əsas fəaliyyət istiqamətlərindən birinin - aparıcı dünya ədiblərinin ərəb dünyasına tanıdılması olduğunu bildirib. Azərbaycan ədəbiyyatının ərəb dünyasına təqdim edilməsi və tanıdılması istiqamətində Tərcümə Mərkəzi ilə əməkdaşlığa hazır olduğunu bildirən naşir, həmçinin Mərkəzin saytını xüsusi maraqla izlədiyini və görülən işlərin ölkələr və xalqlar arasında ədəbi əlaqələrin təşkilində mühüm rol oynadığını söyləyib.
Sonda qonağa Mərkəzin ərəb dilində kataloqu və nəşrləri hədiyyə edilib.

Misirli jurnalist Azərbaycan Milli Kitabxanasında  olub
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ