Oxunub : 74 | Tarix : 14-11-2016, 17:00 | Bölmə: Multikulturalizm

 Tolerantlıq gününə həsr olunmuş tədbir
Çağdaş dünyada müxtəlif millətlərə, dinlərə mənsub insanların bir arada yaşaması günümüzün gerçəkliyidir. Ona görə müasir dövrdə tolerantlıq mühitinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi zamanın ən vacib çağırışlarındandır.

Bunu nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə regionlarda Heydər Əliyev Mərkəzlərində 16 Noyabr-Tolerantlıq gününə həsr olunmuş tədbirlər keçirilir.

Belə tədbirlərdən biri 11 noyabr 2016-cı il tarixdə İsmayıllıda-Heydər Əliyev Mərkəzində reallaşıb. Tolerantlıq gününə həsr olunmuş tədbiri giriş sözü ilə RİH başçısının müavini Sevil Əhmədova açıb və ölkə Prezidentinin müvafiq sərəncamı ilə 2016-cı ilin multikulturalizm ili olduğunu, bu istiqamətdə rayonda tədbirlərin ardıcıl icrasını diqqətə çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Simran Həsənov Tolerantlıq günü ilə bağlı geniş məruzə ilə çıxış edib, Azərbaycanda dinlərarası, millətlərarası münasibətlərin normal dinamikasını, multikulturalizmin həyat tərzinə çevrilməsini ölkə rəhbərinin apardığı uğurlu siyasətin nəticəsi kimi tədbir iştirakçılarına real faktlarla çatdırıb.

Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxışında bu sahədə ümummilli lider Heydər Əliyevin apardığı siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dünyada Azərbaycanın tolerant və multikultural bir ölkə kimi tanındığını, Azərbaycanda tolerantlığın və multikulturalizmin dövlət siyasətinin tərkib hissəsini təşkil etdiyini bildirib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Elnarə Günəş

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər