Afaq Məsudun hekayəsi Misir mətbuatında... MANERA.AZ

Tarix:13-10-2016, 16:00 Baxış Sayı:165

Afaq Məsudun hekayəsi Misir mətbuatında... MANERA.AZ

Misirin məşhur “Əxbər əl-Ədəb” qəzetində görkəmli Azərbaycan yazıçısı, Əməkdar İncəsənət xadimi Afaq Məsuda həsr olunmuş “Afaq Məsud: zəngin və çoxşaxəli yaradıcılıq yolu” başlıqlı məqalə və yazıçının 2003-cü ildə qələmə aldığı “Can üstə” hekayəsi dərc edilib.

Manera.az-ın məlumatına görə, məqalədə yazıçının yaradıcılığının müxtəlif mərhələlərinə toxunulur, 80-ci illərdən bu yana işıq üzü görmüş romanlarında, hekayə və pyeslərində insan və onun daxili aləmi, üzləşmək məcburiyyətində qaldığı mənəvi-psixoloji problemlər, müasir qadının ailədə və cəmiyyətdə durumu kimi aktual mövzulara geniş yer verildiyi vurğulanır.

İyirmidən çox ərəb ölkəsində yayımlanan “Əxbər əl-Ədəb” qəzetində nəşr edilən ilk azərbaycanlı yazıçı haqqında məqalənin müəllifi və hekayənin ərəb dilinə tərcüməçisi Misir Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi doktor Əhməd Sami Elaydidir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ