Oxunub : 219 | Tarix : 15-07-2016, 15:00 | Bölmə: Multikulturalizm

Yay məktəbinə hazırlıq işləri başa çatıb
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə 18-27 iyul tarixlərində keçiriləcək “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı II Beynəlxalq multikulturalizm yay məktəbi ilə bağlı son hazırlıq işləri yekunlaşıb.

MANERA.AZ xəbər verir ki, BBMM-də keçirilən toplantıda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev bildirib ki, Multikulturalizm Mərkəzi yarandığı vaxtdan etibarən cənab Prezidentin müəyyənləşdirdiyi - Azərbaycanı dünyada tanıtmaq hədəfini özünün prioritet istiqaməti elan edib: “ 2016-cı ilin “Multikulturalizm ili” elan olunması isə Multikulturalizm Mərkəzinə etimadın göstəricisi olmaqla bərabər, həm də bu qurumun məsuliyyətini artırıb, qarşıya yeni vəzifələr qoyub. Mərkəzin indiyədək həyata keçirdiyi çoxsaylı əhəmiyyətli layihələrindən biri də mütəmadi olaraq təşkil edilən, artıq ənənəyə çevrilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridir. Bu, ölkə rəhbərliyinin önəm verdiyi layihələrdəndir. Mərkəz 18- 27 iyul tarixlərində ikinci beynəlxalq yay məktəbini keçirmək üçün artıq son hazırlıq işlərini başa çatdırıb. İnanırıq ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi II Beynəlxalq multikulturalizm yay məktəbini də yüksək səviyyədə həyata keçirərək, cənab Prezidentin müəyyənləşdirdiyi hədəfin gerçəkləşməsi istiqamətində öz növbəti töhfələrini verəcək və bəslənilən etimadı doğruldacaq”.

Sözügedən layihə BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndikləri multikultural və tolerant dəyərlərimizi ölkəmizdə öz gözləri ilə görüb şahid olmalarına şərait yaratmaqdır.

Dövlət müşaviri Kamal Abdullayevin qeyd etdiyi kimi, mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm yay və qış məktəbləri vasitəsilə artıq Azərbaycana olan maraq məhəbbətə çevrilib.

Yay məktəbində Çin, İndoneziya, Nigeriya, Almaniya, Polşa, Çexiya, Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Yəmən və İrlandiyanın 16 universitetindən 38 tələbə, Azərbaycanın 12 universitetindən 19 tələbə iştirak edəcək.
II Beynəlxalq multikulturalizm yay məktəbi Bakı şəhəri ilə yanaşı, Qəbələ, Oğuz, İsmayıllı, Şəki və Qaxda fəaliyyət göstərəcək. Yay məktəbi ərzində tələbələr Azərbaycandakı dini və milli dəyərlərin təbliğinə və təşviqinə həsr olunmuş dəyirmi masa, konfrans və toplantılarda iştirak edəcək, xarici və yerli mütəxəssislərin mühazirələrini dinləyəcəklər.

Yay məktəbi ərzində iştirakçıların Azərbaycanın Nic, İvanovka, Lahıc, Kiş, Oğuzdakı “Cuhudlar məhəlləsi” kimi multikultural və çoxkonfessiyalı unikal məkanlara səfərləri, ölkəmizdə yaşayan müxtəlif dini və etnik icmaların nümayəndələri, görkəmli dövlət və din xadimləri ilə görüşləri planlaşdırılıb.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər