Oxunub : 427 | Tarix : 8-04-2016, 11:40 | Bölmə: Multikulturalizm

Dünya xalqlarının  toy adət-ənənələrinin nümayişi MANERA.AZ

Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Bakı Slavyan Unievrsiteti ilə birgə “Dünya xalqlarının toy adət-ənənələrinin nümayişi və müzakirəsi” adlı tədbir keçirilmişdir.

Tədbir 2016-cı il Azərbaycanda multikulturalizm ili elan olunması çərçivəsində keçirilən silsilə tədbirlərdən biridir.

Tədbiri giriş sözü ilə açan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi 2016-cı ilin “Multikulturalizm ili” elan olmasını alqışlayaraq, Azərbaycanın multikulturalizm ənənələrinə sadiqliyin bariz nümunəsi olduğunu bildirdi.

Öz növbəsində Bakı Slavyan Universitetinin “Azərbaycan multikulturalizmi” kafedrasının müdiri Ülviyyə Abbasova çıxış edərək tədbirin təşkil olunmasındakı köməyinə görə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbərinə öz dərin təşəkkürünü bildirdi və Bakı Slavyan Universitetinin “Azərbaycan Multikulturalizminin dostları” klubunun təşkil etdiyi “Dünya xalqlarının toy adət-ənənələrinin nümayişi və müzakirəsi” tədbirini açıq elan etdi.

Sonra tədbirdə Bakı Slavyan Universitetinin tələbələrinin hazırladıqları Azərbaycan, İngiltərə, Çexiya, Fransa, Hindistan, Rusiya və digər ölkələrin toy adət-ənələrindən bəhs edən video-çarx nümayiş etdirilərək onlar haqqında məlumat verildi.

Elman,
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər