manera.az
manera.az

“Qafqazlı qardaşqızı” operettasının premyerası olub - MANERA.AZ

 “Qafqazlı qardaşqızı” operettasının premyerası olub - MANERA.AZ


Sentyabrın 25-də Azərbaycan Dövlət Musiqili Teatrında SSRİ Xalq Artisti, görkəmli bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettasının premyerası olub.

MANERA.AZ xəbər verir ki, teatrın rus bölməsində hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Əli Usubov, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, baletmeysterləri Leyla və Zakir Ağayevlərdir. Əsas rolları əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Səfərəliyeva, aktyorlar Firuz Məmmədov, Elçin İmanov, Emil Heydərov və başqaları ifa ediblər.

Premyera böyük maraqla qarşılanıb.

“Qafqazlı qardaşqızı” operettası indiyədək Moskva, Sankt-Peterburq, Riqa, Nalçik və Volqoqradın musiqili teatrlarında tamaşaya qoyulub.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031