manera.az
manera.az

Qadın rəssamlarımızın əsərləri Polşada sərgilənib

Qadın rəssamlarımızın əsərləri Polşada sərgilənib
Polşanın Pruşkuv şəhərində Azərbaycanın qadın rəssamlarının əsərlərindən ibarət sərgi keçirilib.

Manera.az xəbər verir ki, sərgi “Sönməz məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycan rənglərinin ahəngi” adlı layihə çərçivəsində təşkil olunub.

Pruşkuv Şəhər Mədəniyyət və İdman Sarayının rəsm qalereyasında təşkil edilən sərgidə rəssamlardan Nərminə Vəliyeva, Səidə Kəbirlinskaya, Nurgül Əliyeva, Zəhra Məmmədzadə, Əzizə Sadıqova, Leyla Babayeva, Şura Zeynal, Zəhra İldırımzadə və Leyli Musayevanın əsərləri nümayiş olunub.

Rəsmi açılış mərasimində Polşada fəaliyyət göstərən “Fundacja Pokolenia Pokoleniom” qeyri-hökumət təşkilatının sədri Barbara Texmoşenski sərgi haqqında məlumat verib.
Qadın rəssamlarımızın əsərləri Polşada sərgilənib
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov iki ölkə arasındakı əlaqələrdən söhbət açıb, belə bir mədəniyyət tədbirinin Pruşkuv şəhərində keçirilməsinin təsadüfi olmadığını deyib. O, Bakının Xəzər rayonu ilə Polşanın həmin rayonunun qardaşlaşmış şəhərlər kimi sıx əlaqə saxladığını bildirib, habelə ölkəmizdə rəngkarlıq sənətinin qədim tarixini, nümayiş olunan sərgidə isə müasir Azərbaycan rəssamlarının əsərləri ilə tanış olmaq imkanı yaradıldığını qeyd edib.

“Sönməz məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva tədbirdə çıxış edərək sərginin təşkilinə Azərbaycan dövlətinin verdiyi dəstəyi, belə mədəniyyət tədbirlərinin xalqlar arasında körpü rolu oynadığını diqqətə çatdırıb.

Tanınmış rəssam Nərminə Vəliyeva sərgilənən rəsm əsərlərinin məziyyətləri, Polşada Azərbaycan rəssamlarının əsərlərinə göstərilən diqqət və maraq barədə danışıb.

Tədbirdə çıxış edən Pruşkuv şəhərinin rəsmiləri bu cür mədəniyyət tədbirlərinin əhəmiyyətindən danışıblar.
Qadın rəssamlarımızın əsərləri Polşada sərgilənib
Sonra tədbir iştirakçıları Azərbaycanın qadın rəssamlarının əsərləri ilə yaxından tanış olublar. Qonaqlara Azərbaycanın turizm imkanlarını əks etdirən çoxsaylı kitab və broşür paylanıb. Onlar Bakıda polyak memarların inşa etdiyi binalara həsr edilmiş stendə, eləcə də həmin mövzuda kitablara böyük maraq göstəriblər. Sərginin tamaşaçıları ölkəmizin Polşadakı səfirliyi tərəfindən təqdim edilən Azərbaycan paxlavası və nar şirəsinə qonaq edilib.

“Sönməz məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva bildirib ki, sərginin keçirilməsində məqsəd Azərbaycanın turizm imkanlarını təbliğ etmək, şəhər sakinlərinə bu barədə ətraflı məlumat vermək olub. Ona görə də sərgiyə gələn qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan tarixi və mədəniyyəti mövzusunda nəşrləri, Dövlət Turizm Agentliyinin ölkəmizin turizm imkanlarına dair buklet, kitab və broşürləri, eləcə də Bakıda fəaliyyət göstərmiş polyak əsilli memarlar haqqında kitablar hədiyyə verilib.

Qeyd edək ki, “Sönməz məşəl” Mədəni Əlaqələr İctimai Birliyi oxşar mədəniyyət tədbirlərini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə bundan əvvəl ABŞ, Avstraliya, İtaliya, Almaniya, Macarıstan və digər ölkələrdə təşkil edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031