“Azərbaycan musiqi tarixi”nin IV cildi çapdan çıxıb

Tarix:7-07-2019, 22:15 Baxış Sayı:66

“Azərbaycan musiqi tarixi”nin IV cildi çapdan çıxıb
Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun “Musiqi tarixivə nəzəriyyəsi” şöbəsində hazırlanmış “Azərbaycan musiqi tarixi” çoxcildliliyinin növbəti 4-cü cildi çapdan çıxıb (“Elm”, 2019, 824 səh.).

Manera.az xəbər verir ki, layihənin rəhbəri və elmi redaktoru akademik Zemfira Səfərovadır. Əsərdə 50-60-cı illərdən sonra formalaşmış bəstəkarlarımızın yaradıcılığının və bu dövrün musiqi həyatının ümumi mənzərəsi, mövcud janrların təhlili və inkişaf təmayülləri yer alıb.

Cilddə fotolar, not nümunələri, Azərbaycan və xarici dillərdə ədəbiyyat nümunələri təqdim edilib.

Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ