Lənkəran Teatrı İrana festivala gedir

Tarix:4-07-2019, 12:41 Baxış Sayı:61

Lənkəran Teatrı İrana festivala gedir
Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasına festivala dəvət olunub.

Bu barədə məlumatı Manera.az-a teatrın direktoru Tofiq Heydərov verib.

Onun sözlərinə görə, dəvət qonşu ölkənin Zəncan şəhərində iyulun 8-dən 12-ə kimi davam edəcək Milli Teatr Festivalından gəlib.

Lənkəran teatrı bu sənət yarışmasında respublikamızı Emil Əskərovun müəllifi və quruluşçu rejissoru olduğu “Sehirbazlar dərəsi” nağıl-tamaşası ilə təmsil edəcək.

Süjet xətti Azərbaycan folklorunun ənənələrindən qaynaqlanan bu səhnə əsərinin quruluşçu rəssam Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları respublikanın Əməkdar artisti Sucəddin Mirzəyev, aktyorlar Emin Fərzullayev və Sayad Əliyev ifa edəcəklər.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ