Oyuq teatr-studiyası “Dovşanın ad günü”nü qeyd etdi

Tarix:3-07-2019, 16:44 Baxış Sayı:47

Oyuq teatr-studiyası “Dovşanın ad günü”nü qeyd etdi
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası bu gün Kukla teatrının səhnəsində “Dovşanın ad günü” adlı uşaq tamaşasını təqdim etdi.

Tamaşa Azərbaycanın məşhur uşaq yazarı, balacalar üçün yazılan onlarla şeir, poema və səhnə əsərinin müəllifi Xanımana Əlibəylinin 100 illiyi münasibətilə səhnələşdirilib.

Müəllifin eyniadlı əsəri əsasında hazırlanan əsəri səhnələşdirən studiyanın bədii rəhbəri Səidə Haqverdiyeva, quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, xoreoqrafı Ramiz Qəmbərov, rejissor assistenti Gülər Məlikovadır.

Uşaqlara dostluq, sədaqət, dürüstlük və ən əsası sevgi, humanizm aşılayan birhissəli tamaşada rolları studiyanın istedadlı yetirmələri Aysu və Uğur Cəbrayılovlar, İbrahim Laçın, İsmayıl Əli, İnci Mustafalı, Mələk İsabalasoy, Vüsal Davudlu, Tuncay Bəxtiyarov, Ömər Akın, Adil Əlizadə, Hüseyn Quliyev, Nəzrin Süleymanlı, Elmina Muradzadə, Aylin Rüstəmli və İlqar İbrahimli ifa edirlər.

Qeyd edək ki, Premyerada yazıçının – qızı Gülrux Əlibəyli, Gülər Abdullabəyova və teatr ictimaiyyəti iştirak edib.

Turan Etibaroğlu
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ