Şəkidə beynəlxalq musiqi festivalı başlayıb

Tarix:29-06-2019, 21:02 Baxış Sayı:63

Şəkidə beynəlxalq musiqi festivalı başlayıb
Bu gün Şəkidə "İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı başlayıb.

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən musiqi festivalında bir sıra ölkələrin, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivləri, istedadlı musiqiçilər iştirak edirlər.

Manera.az xəbər verir ki, Şəkidə festivala hazırlıq işləri artıq başa çatıb, tədbirlərin keçiriləcəyi tarixi məkanlar, konsert zalları tam hazır vəziyyətə gətirilib.

İyunun 29-da axşam "Yuxarı Karvansaray” mehmanxana-kompleksində Şəki "İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib.

Rəsmi hissədən sonra festival iştirakçılarına dahi bəstəkar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun” operası təqdim olunub.

2019-cu il görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlamətdardır. Prezident İlham Əliyev tərəfindən bu ilin "Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq festival günlərində "Nəsimiyə ithaf” vokal-xoreoqrafik kompozisiyası nümayiş olunacaq və Şəki Musiqi Kollecində "Nəsimi mövzusunun Azərbaycan bəstəkarlarının əsərlərində təcəssümü”nə həsr edilmiş dəyirmi masa keçiriləcək.

Festival çərçivəsində növbəti günlərdə Rusiya, Macarıstan, Qazaxıstan, Türkiyə və TÜRKSOY-a daxil olan ölkələrin musiqi kollektivləri rəngarəng konsert proqramları ilə çıxış edəcəklər.

Şəki "İpək Yolu” X Beynəlxalq Musiqi Festivalına iyulun 3-də yekun vurulacaq.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ