Türkiyədə yaşayan həmyerlimiz mükafata layiq görülüb

Tarix:28-06-2019, 18:00 Baxış Sayı:56

Türkiyədə yaşayan həmyerlimiz mükafata layiq görülüb


Türkiyənin İstanbul şəhərindəki Kadıköy Xalq Təhsili Mərkəzi Teatr şöbəsində ənənəvi mükafatlardıma mərasimi keçirilib.Mükafatlandırma zamanı aktyorlar arasında həmyerlimiz orda təhsil alan istedadlı gənc Əlirza Şahbazi də var. O, bu mükafata “ilin ən yaxşı tamaşası” kimi dəyərləndirilən “Damdakı kamançı” muzıklına görə layiq görülüb. "Bu təkcə mənim deyil komandamızın mükafatıdır. Kadıköy Xalq Təhsili Mərkəzi Teatr şöbəsində hər il 3 məzuniyyət proyektinde bu mükafat sadəcə bir tamaşaya verilir.Bu il də həmin mükafata mənim yer aldığım Damdaki Kamancı (Skiripkaçı) tamaşasına layiq görüldü"- deyə soydaşımız saytımıza bildirib.

Qeyd edək ki, Mərmərə Universitetinin “Güzel Sanatlar” fakültəsinin, “Kino rejissorluğu” ixtisasının tələbəsi olan Əlirza Şahbazi bu səhnə əsərinin yeganə azərbaycanlı aktyorudur. O, indiyə qədər gənclərdən ibarət aktyor truppalarında fəaliyyət göstərərək, bir çox tamaşalarda müxtəlif obrazlarda ifa edib.

Turan Etibaroğlu
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ