Rəssamların əsərlərinin respublika satış-sərgisi açılacaq

Tarix:9-06-2019, 21:39 Baxış Sayı:43

Rəssamların əsərlərinin respublika satış-sərgisi açılacaq
14-28 iyun tarixlərində “Baku Crystall Hall” Mətbuat Mərkəzində Azərbaycan rəssamlarının “Respublika Satış Sərgisi” keçiriləcək.

Manera.az xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə təşkil olunur.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan təsviri sənətinin bugünkü səviyyəsini ən qiymətli sənət nümunələri əsasında göstərməkdən ibarətdir.

Sərgidə Bakıda, respublikanın şəhər və rayonlarında yaşayan tanınmış sənətkarlarla yanaşı, orta və gənc nəsil rəssamların rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin nümayişi nəzərdə tutulur.

Ekspozisiyada Azərbaycan Respublikasının dövlət müstəqillini bərpa etdikdən sonra milli mədəniyyətin, o cümlədən təsviri sənətin inkişafında yer tutmuş sənətkarların yaradıcılıq nümunələri, onların mənzərə, portret, natürmort, tarixi, batal, məişət janrında müxtəlif üslublarda çəkdikləri əsərlər öz əksini tapacaq.

Qeyd edək ki, sərgi martın 1-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın görkəmli mədəniyyət xadimlərinin bir qrupu ilə görüşündə SSRİ xalq rəssamı Tahir Salahovun irəli sürdüyü ümumrespublika təsviri sənət sərgisinin keçirilməsi təklifi əsasında həyata keçirilir.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ