ADO teatrı karikatura müsabiqəsi elan edir

Tarix:6-06-2019, 20:45 Baxış Sayı:128

ADO teatrı karikatura müsabiqəsi elan edir
Müstəqil fəaliyyət göstərən ADO teatrı “Azərbaycan mədəniyyəti bu gün” mövzusunda karikatura müsabiqəsi élan edir.

Teatrdan Manera.az-a verilən xəbərə görəmüsabiqənin yekununda 1-ci, 2-ci və 3-cü yer seçilməklə qaliblərə pul mükafatı veriləcək. Həmçinin qaliblərə və digər iştirakçılara sertifikat, həvəsləndirici sertifikatlar təqdim olunacaq.Qalibləri münsiflər heyətimüəyyən edəcək.

Bütün işlər ADO-nun sosial şəbəkələrdəki rəsmi səhifələrində və ADO.AZ saytında yayımlanacaq. Eyni zamanda müsabiqənin sonunda işlərdən ibarət sərgi təşkil olunacaq. Bütün işlərdən ibarət kataloq hazırlanacaq ki həmin kataloq sərgi zamanı təqdim olunacaq. Qaliblər münsiflər tərəfindən müəyyən olunacaq.

Təşkilatçıların açıqlamasına görə, layihənin məqsədi Azərbaycan mədəniyyətinin bugünkü durumuna karikaturistlərin gözü ilə baxmaq və ölkəmizdə karikatura sahəsinə diqqət yaratmaqdır.

Müsabiqənin şərtlərinə görə, hər bir iştirakçı 10 iyul tarixinədək ADO teatrının ünvanına iki karikatura təqdim edə bilər. Sərgilərdə nümayiş olunmuş və internet vasitəsilə yayımlanmış karikaturalar müsabiqədə iştirak edə bilməz.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ