Gənc rəssamın fərdi sərgisi açılacaq

Tarix:17-05-2019, 20:53 Baxış Sayı:58

Gənc rəssamın fərdi sərgisi açılacaq
Mayın 21-də saat 19:00-da İçərişəhərdə yerləşən Dördbucaqlı Qalada (Art Tower) gənc rəssam Səmayə Ələkbərovanın “Doğulduğum torpaq” adlı ilk fərdi sərgisi açılacaq.

Manera.az xəbər verir ki, sərgi Heydər Əliyev Fondunun dəstəyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilir.

Sərgidə müəllifin uşaqlıqda çəkdiyi natürmort və peyzaj janrlarında olan rəsmləri ilə yanaşı yaxın keçmişdə təsvir etdiyi “Nar”, “Qız Qalası”, “Neft buruqları”, “Xəzərdə gəmilər” və s. əl işləri daxil olmaqla 15 əsər yer alacaq.

Sərgi iki gün davam edəcək.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ