manera.az
manera.az

Pantomima Teatrı 25 yaşını qeyd edəcək

Pantomima Teatrı 25 yaşını qeyd edəcək
Bu gün Azərbaycan Dövlət Pantomima Teatrının yaranmasının 25 ili tamam olur.

Bununla bağlı sabah Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Pantomima Teatrının yaranmasının 25 illiyi qeyd olunacaq.

Mədəniyyət Nazirliyindən Manera.az-a bildirilib ki, tamaşadan əvvəl teatrın foyesində sənət ocağının 25 illik fəaliyyətinə həsr olunmuş sərgi keçiriləcək.

Qeyd edək ki, 1994-cü ildə Xalq artisti Bəxtiyar Xanızadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində “Dəli yığıncağı” Pantomima Teatr studiyası yaradılıb. 2000-ci ildə studiyaya “dövlət teatrı” statusu verilib.

25 illik fəaliyyəti dövründə teatrda müxtəlif yaş dövrünə məxsus aktyor nəsli yetişmişdir. Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, aktyorlar Nurlan Rüstəmov, Səbirə Həsənova, Solmaz Bədəlova, Leyla Atayeva və başqaları bu gün Azərbaycan teatrının istedadlı sənətçilərindəndir.

Azərbaycan Dövlət Pantomima Teatrı 35-dən artıq xarici və yerli teatr festivallarında Azərbaycan teatrını və mədəniyyətini yüksək səviyyədə təmsil edib.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031