Mədəniyyət naziri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Tarix:16-04-2019, 11:51 Baxış Sayı:47

Mədəniyyət naziri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Əbülfəs Qarayev aprelin 22-də saat 11:00-da Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən Manera.az-a bildirilib ki, şəhərdəki Mədəniyyət Mərkəzində ( Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 99 ) keçiriləcək qəbulda Astara, Lerik rayonlarından və Lənkəran şəhərindən olan vətəndaşlar iştirak edəcəklər.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd olunan rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ