Teatrlarda nə var? - Həftəsonu repertuar

Tarix:12-04-2019, 21:41 Baxış Sayı:92

Teatrlarda nə var? - Həftəsonu repertuar
MANERA.AZ paytaxt teatrlarının həftəsonu repertuarını təqdim edir:

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının həftəsonu repertuarı zəngindir. Sənət ocağı bu dəfə də maraqlı səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gələcək.

Teatrın səhnəsində aprelin 13-də isə “Cipollino” və “Şah Qacar” tamaşaları təqdim olunacaq. Bundan başqa, tamaşaçılar aprelin 14-də “Anamın kitabı” və “12–ci gecə və ya hər nə istəsəniz” səhnə əsərlərinə baxa biləcəklər.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq.

Teatrda aprelin 12-13-də “Balaca şahzadə”, 14-də isə “Düyməcik” tamaşaları göstəriləcək. Balaca teatr həvəskarları aprelin 13-də saat 12:00-da “Balaca şahzadə”yə baxa biləcəklər.

Qeyd edək ki, Balaca şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru - adı “Qızıl kitab”a yazılan, Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədzadə canlandırıb. Digər rolları Əməkdar artistlər Ələkbər Əliyev, Şövqi Hüseynov, aktyorlar Əmrah Dadaşov, Nicat Əli, Aydan Həsənova, Əliməmməd Novruzov, Məhərrəm Qurbanov, Hüseyn Əlili, Rauf Babayev, Emil Heydərov, İbrahim Əlizadə ifa ediblər Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhmidir.

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da digər sənət ocaqları kimi həftəsonu maraqlı tamaşalarla balacaları sevindirəcək.

Sənət ocağının yaradıcı heyəti bu həftə üçü rus, üçü isə Azərbaycan dilində olmaqla altı səhnə əsəri ilə balaca tamaşaçılarının görüşünə gələcək. Belə ki, aprelin 13-də “Turp” və “Qoğal” (rus dilində) tamaşalarını izləyəcəklər. Həmçinin, balacalar aprelin 14-də “Qırmızı papaq”, Rus xalq nağılı olan “Durna balığı”na (rus dilində) baxa biləcəklər.

Azərbaycan Dövlət Opera və Balet Teatrında isə aprelin 13-də “Kənd namusu” (opera) 14-də “Cırtdan” uşaqlar üçün (opera) nümayiş ediləcək.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ