Bu il Türkiyədə 38 film çəkiləcək

Tarix:9-04-2019, 20:51 Baxış Sayı:260

Bu il Türkiyədə 38 film çəkiləcək
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin 2019-cu ildə ölkənin film sektoruna dair layihəsi açıqlanıb.

Nazirliyin məlumatına görə, layihəyə əsasən bu il ölkədə çəkilməsi nəzərdə tutulan 38 tammetrajlı və 3 animasiya filminə 32 milyon 350 min lirə maliyyə vəsaiti ayrılıb.

MANERA.AZ xəbər verir ki, vəsaitin 9 milyon 250 min lirəsi gənc rejissorların çəkəcəkləri ilk filmlərin payına düşür.

Qeyd edək ki, layihədə iştirak edəcək gənc rejissorlar arasında aparılan müsabiqədə 13 nəfər dövlət dəstəyi ilə ilk filmini çəkəcək.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ