Səfirimizin "Eşq və Ölüm" baleti nümayiş ediləcək

Tarix:13-03-2019, 22:29 Baxış Sayı:118

Səfirimizin "Eşq və Ölüm" baleti nümayiş ediləcək
Martın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xalq artisti Polad Bülbüloğlunun "Eşq və Ölüm" baletinin tamaşası oynanılacaq.

Manera.az xəbər verir ki, tamaşa 2015-ci ildə Nadejda Malıgina tərəfindən P.Bülbüloğlunun 70 illik yubileyi münasibətilə səhnəyə qoyulub.

Tamaşanın quruluşçu rəssamı tanınmış rusiyalı teatr rəssamı Dmitri Çerbadji, dirijoru əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyevdir.

Əsas rollarda Cəmilə Kərimova (Baycan), Anar Mikayılov (Azər), Nigar İbrahimova (Ölüm), Samir Səmədov (Məlik xan), Gülağası Mirzəyev (Qazan xan) və başqaları çıxış edəcəklər.

“Eşq və Ölüm” "Dədə Qorqud” dastanının motivləri əsasında qələmə alınıb. Baletdə həyat və ölüm, məhəbbət və nifrət, dostluq və xəyanət kimi əbədi mövzulara toxunur.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ