Üç ölkənin opera ulduzları Bakıda çıxış edəcək

Tarix:13-03-2019, 18:49 Baxış Sayı:75

Üç ölkənin opera ulduzları Bakıda çıxış edəcək
Martın 30-da Azərbaycan Opera və Balet Teatrında dünya opera sənətinin şah əsərlərindən sayılan C.Verdinin “Aida” operası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Manera.az-a bildirilib ki, səhnə əsərində Aida partiyasını Azərbaycanın Əməkdar artisti, "Humay" milli mükafatının laureatı Afaq Abbasova ifa edəcək.

Radames rolunu ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Andrey Romanenko dəvət olunub.

Əsas partiyalardan biri olan Amneris partiyasında isə həmyerlimiz Əməkdar artist, Mariinski Akademik Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Regina Rüstəmova çıxış edəcək.

Operada, həmçinin teatrın aparıcı solistləri - Xalq artistləri Əli Əsgərov (Misir şahı), Əkrəm Poladov (Ramfis), Gülnaz İsmayılova (Kahin qadın) və Əməkdar artistlər Cahangir Qurbanov (Amonasro) və Tural Ağasıyev (Çapar) çıxış edəcəklər.

Səhnə əsəri Xalq artisti, professor Yalçın Adıgözəlov tərəfindən idarə olunacaq.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ