Cəfər Cabbarlı haqqında film nümayiş olunub

Tarix:13-03-2019, 18:38 Baxış Sayı:91

Cəfər Cabbarlı haqqında film nümayiş olunub
Azərbaycan Yazıçılar Birliyinin və Türkiyənin Elm və Ədəbi Əsər Sahibləri Məslək Birliyinin təşkilati dəstəyi ilə Bakı Yunus Əmrə İnstitutunda "Zülmətdən doğan işıq” adlı bədii-sənədli filmin təqdimatı keçirilib.

Manera.az xəbər verir ki, film "ARB Aranfilm” Yaradıcılıq Mərkəzi tərəfindən görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə ekranlaşdırılıb.

Ekran əsəri Cəfər Cabbarlının Rusiyası imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti və sovet hakimiyyəti dövründə ədəbi və siyasi proseslərdə fəal iştirakından bəhs olunur. Çəkilişləri Xızı rayonunda və Bakı şəhərində həyata keçirilən filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadə, operatoru Rafiq Əliyev, elmi məsləhətçisi Asif Rüstəmli, prodüseri Nicat Məmmədov, redaktoru Vüqar Qaaradağlı, bədii rəhbəri Tahir Tahiroviç, baş prodüseri İqbal Məmmədəliyevdir.

Filmdə Cəfər Cabbarlı rolunu Sumqayıt Dövlət Teatrının aktyoru Şəmistan Süleymanlı canlandırıb.

Qeyd edək ki, ekran əsərinin ilk nümayişi Xızı rayon Heydər Əliyev Mərkəzində olub.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ