Həvəskar rəssamların sərgisi açılacaq

Tarix:13-03-2019, 18:33 Baxış Sayı:72

Həvəskar rəssamların sərgisi açılacaq
Mart 15-də saat 12:00-da Azərbaycan İstiqlal Muzeyində Novruz bayramı ilə əlaqədar “Lalələr” adlı tədbir-sərgi keçiriləcək.

Manera.az xəbər verir ki, sərgidə həvəskar rəssamlar Lalə Nəcəfova, Lalə XanlarovaElçin Nəcəfovun 80-ə qədər əl işi nümayiş etdiriləcək.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin mahnı və rəqs ansamblının kollektivinin hazırladığı musiqili bədii hissə nümayiş etdiriləcək.

Tədbirdə şəhid ailələri, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Milli Qvardiyanın əsgərləri, muzeylərin əməkdaşları və digər qonaqlar iştirak edəcəklər.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ