manera.az
manera.az

Qobustan qayaüstü təsvirləri sərgilənəcək

Qobustan qayaüstü təsvirləri sərgilənəcək
Martın 12-də Muzey Mərkəzinin sərgi qalereyasında Qobustan Milli Tarix - Bədii Qoruğunun təşkilatçılığı ilə "Zamanla üz-üzə” adlı sərgi açılacaq.

"Reinkarnasiya 5” layihəsi çərçivəsində təşkil olunacaq sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvlərinin hazırladığı, Qobustan mövzusunda 40-dan artıq orijinal iş nümayiş olunacaq.

Manera.az xəbər verir ki, bu barədə Qobustan Milli Tarix - Bədii Qoruğunun direktoru Vüqar İsayev məlumat verib.

Bildirib ki, sərgilənəcək rəsm əsərləri, heykəltəraşlıq və keramika, videoinstallasiya formatında olacaq.

"18-20 min il yaşı olan Qobustan qayaüstü təsvirlərini yeni interpretasiyada izləyiciyə çatdıracaq layihənin məqsədi Qobustanın mədəni irsinin təbliği ilə yanaşı, incəsənət xadimlərində bu mövzuya marağı artırmaqdır. Azərbaycan ərazisində ən qədim incəsənət nümunələri hesab olunan Qobustan qayaüstü rəsmlərinə incəsənət xadimlərinin baxışını müasir yozumda əks etdirən sərgi qoruğun təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunacaq.

Sərgi üç gün müddətində ( martın 12-i, saat 19:00 – da, martın 13-14-i, saat 10:00-dan 18:00-dək) ziyarətçilər üçün açıq olacaq”, - deyə Vüqar İsayev söyləyib.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031