manera.az
manera.az

Lənkəranda “Məktəb və teatr” layihəsinə start verilib

Lənkəranda “Məktəb və teatr” layihəsinə start verilib
Fevralın 22-də Lənkəran Dövlət Dram Teatrının təşkilatçılığı ilə “Məktəb və teatr” layihəsinə start verilib.

Teatrdan Manera.az-a verilən məlumata görə, layihə çərçivəsində ilk tədbir Lənkəran Peşə Liseyinin müəllim və şagirdlərinin iştirakı ilə keçirilib.

Teatrın truppası əvvəlcə doğma səhnədə görkəmli sənət fədaisi Üzeyir Hacıbəyovun hekayə, felyeton və pamfletləri əsasında mərhum rejissor, Əməkdar incəsənət xadimi Baba Rzayevin səhnələşdirdiyi və quruluş verdiyi “Olanlardan-keçənlərdən” komediyasını nümayiş etdirib.

İlk tamaşası 28 mart 1985-ci ildə oynanılan və ötən 34 il müddətində 2000 dəfədən çox ifa olunan bu səhnə əsərində xalqı maarifə, savadlanmağa, mənəvi dəyərlərə çağırış motivləri üstünlük təşkil edir.

Xalq artisti Qabil Quliyevin, Əməkdar artistlər Adil Zeynalovun və Sucəddin Mirzəyevin, artistlərdən Əlibala Əsgərovun Qızılgül Quliyevanın, Emin Fərzullayevin, Rauf Zeynalovun və Nizami Qurbanovun yüksək şövqlə ifaları dəfələrlə sürəkli alqışlarla qarşılanıb.

Tamaşadan sonra teatrın direktoru Tofiq Heydərov və peşə liseyinin direktoru Afər Kərimov səhnəyə qalxaraq layihənin əhəmiyyətindən, bu cür tədbirlərin şagirdlərin mənəvi tərbiyəsindəki mühüm rolundan söz açıblar. Qərara alınıb ki, teatrla peşə liseyinin qarşılıqlı əlaqələri mütəmadi xarakter daşısın.

Sonda peşə liseyi şagirdlərinin əl işlərindən nümunələr teatra hədiyyə verilib.

Lənkəranda “Məktəb və teatr” layihəsinə start verilib
Lənkəranda “Məktəb və teatr” layihəsinə start verilib
Lənkəranda “Məktəb və teatr” layihəsinə start verilib
Lənkəranda “Məktəb və teatr” layihəsinə start verilib
Lənkəranda “Məktəb və teatr” layihəsinə start verilib
Lənkəranda “Məktəb və teatr” layihəsinə start verilib

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930