Gənc rəssamın fərdi sərgisi açılıb

Tarix:16-02-2019, 17:00 Baxış Sayı:71

Gənc rəssamın fərdi sərgisi açılıb
Fevralın 14-ü ölkənin ən mötəbər sərgi salonlarından olan “Muzey mərkəzində” rəssam Nərmin İbrahimovanın “Məni anla” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.

Manera.az xəbər verir ki, 3 gün davam edəcək rəsim sərgisinə böyük sənətsevər marağı, tamaşaçı izdihamı olub.

Rəssamın 70 dən artıq rəsm əsərinin təqdim olunduğu sərginin açılış çıxışını xalq rəssamı, Azərbaycan rəssamlar ittifaqının katibi Ağaəli İbrahimov edərək, həm ittifaq, həm də Mədəniyyət Nazirliyi adından səbəbkarı təbrik edib, ona uğurlar arzulayıb.

Həmçinin, Ağaəli İbrahimov Nərmin xanımın rəsmlərindəki dərin məna çalarlarının nə dərəcədə təsirli olduğunu xüsusi qeyd edib.

Digər çıxışçıların nitqlərindən sonra qırmızı lent kəsilib və sərgi açıq elan edilib.

Qeyd edək ki, rəssam Nərmin İbrahimova tanınmış teleaparıcı Turan İbrahimovun xanımıdır.

Gənc rəssamın fərdi sərgisi açılıb
Gənc rəssamın fərdi sərgisi açılıb
Gənc rəssamın fərdi sərgisi açılıb

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ