manera.az
manera.az

“Şollerin arxivi” bədii filmi bir gündə iki mükafat qazanıb

“Şollerin arxivi” bədii filmi bir gündə iki mükafat qazanıb
Azərbaycan istehsalı olan “Şollerin arxivi” bədii filmi Amsterdamda “Noord-Holland European Cinematography AWARDS” (ECA) Film Festivalında bir gündə iki mükafata layiq görülüb.

Bu barədə Manera.az-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

O bildirib ki, ECA festivalında müəllifi olduğu “Şollerin arxivi” və “Edam günü” bədii filmləri ilə təmsil olunmalıymış. Belə ki, birincini festivalın dram kateqoriyasına, ikincini isə ən yaxşı bədii film kateqoriyasına göndərmək istəyib. Lakin səhvən hər iki kateqoriyaya “Şollerin arxivi” bədii filmini göndərib. “Yanlış da bir naxışdır” deyiminin nə qədər yerində deyildiyi öz təsdiqini tapıb. “Şollerin arxivi” növbəti dəfə müəllifinə böyük uğur qazandırıb və bir gündə iki mükafata layiq görülüb. Ekran əsəri festivalın dram kateqoriyasında yarımfinal, ən yaxşı bədii film kateqoriyasında isə yarımfinalist mükafatına layiq görülüb.

Cəlaləddin Qasımov deyib ki, ekran əsəri almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Triller janrında çəkilmiş ekran əsərinin rejissoru Adil Qulamov, operatoru Tahir Səmədoğlu, montajçısı Faiq Nağıyevdir. Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.

Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.

Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930