Gəncəli rəssamların əsərləri sərgilənəcək

Tarix:13-02-2019, 14:33 Baxış Sayı:52

Gəncəli rəssamların əsərləri sərgilənəcək
Fevralın 20-də Bakıda gəncəli rəssamların “Xəzinə” adlı rəsm sərgisi açılacaq.

Manera.az xəbər verir ki, Muzey Mərkəzində təşkil olunacaq sərgi Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının Gəncə filialı, Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin dəstəyi ilə reallaşacaq.

Layihə Azərbaycanın bədii ənənələri, mədəni irsi, gənc rəssamların bədii inkişafının dəstəklənməsi və formalaşması üçün yaradıcı mühitin yaradılması, bədii yaradıcılığın müxtəlif sahələrində (təsviri və dekorativ-tətbiqi sənət) işləyən gənc perspektivli rəssamların aşkarlanması, habelə onların dəstəklənməsi, region rəssamlarının bədii yaradıcılığına geniş ictimai marağın cəlb olunması, estetik tərbiyə, geniş auditoriyaya regionun diqqətəlayiq dəyərlərini göstərmək, yetişməkdə olan nəsil tərəfindən incəsənətin mədəni dəyərlərinin qavranılması məqsədi ilə həyata keçirilir.

Kuratoru Məhbarə Abbasova olan sərgi fevralın 27-dək ziyarətçilər üçün açıq qalacaq.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ