“Ustada sayğı gecəsi”nin açılışı oldu

Tarix:13-02-2019, 12:55 Baxış Sayı:98

“Ustada sayğı gecəsi”nin açılışı oldu
Bəxtiyar Vahabzadəyə həsr olunmuş “Ustada sayğı gecəsi”nin açılışı oldu


Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Yazıçılar Birliyi və TİKA Bakı Koordinatorluğunun birgə təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümünəhəsr olunmuş “Ustada sayğı gecəsi”nin açılışı oldu.

Manera.az xəbər verirki, tədbiri giriş sözü ilə 525-ci qəzətin baş redaktoru Rəşad Məcid açdı.

Sonra söz AYB-nin sədri, xalq yazıçısı Anar Rzayeva verildi. A. Rzayev qonaqları salamladı, tədbir iştirakçılarına uğurlar arzuladı.

Ardınca akademik İsa Həbibbəyli, TİKA Bakı koordinatoru Teoman Tiryaki, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir açılış nitqi ilə çıxış etdilər.

Çıxışlardan sonra söz məruzəçilərə verildi.

Türkiyənin Atatürk Universitetinin professoru Sedat Adıgözəl “Bəxtiyar Vahabzadənin şeirində millət, vətən və dil”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Esmira Fuad “Bəxtiyar Vahabzadə yaradıcılığında türkçülük”, İzmir Katib Çələbi Universitetindən Selçuk Türkyılmaz “Millətə yol göstərən şair: Bəxtiyar Vahabzadə”, Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Pərvin Nurəliyeva “Bəxtiyar Vahabzadə və Şəki” mövzularında məruzələr etdilər.

Qeyd edək ki, tədbir bu gün 19:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək ədəbi-bədii gecə ilə davam edəcək.

Manera.az

“Ustada sayğı gecəsi”nin açılışı olduБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ