Kukla Teatrının həftəlik repertuarı

Tarix:12-02-2019, 16:37 Baxış Sayı:44

Kukla Teatrının həftəlik repertuarı
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da digər sənət ocaqları kimi həftə ərzində maraqlı tamaşalarla balacaları sevindirəcək.

Manera.az xəbər verir ki, sənət ocağının yaradıcı heyəti bu həftə üçü rus, üçü Azərbaycan dilində olmaqla altı səhnə əsəri ilə balaca tamaşaçılarının görüşünə gələcək.

Belə ki, balacalar fevralın 15-də "Maşa və Ayı”, "Durna balığı” (rus dilində) 16-da isə "Turp”, "Çipollino” (rus dilində) tamaşalarını izləyəcək.

Həmçinin, fevralın 17-də isə "Qırmızı Papaq” "Qoğal”a (rus dilində) baxa biləcəklər.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ