BAFTA kino mükafatının qalibləri açıqlanıb

Tarix:11-02-2019, 16:12 Baxış Sayı:41

BAFTA kino mükafatının qalibləri açıqlanıb
Londonda BAFTA - Britaniya Film və Televiziya Sənətləri Akademiyası mükafatının əsas nominasiyaları üzrə qaliblərin adları açıqlanıb.

Manera.az xəbər verir ki, meksikalı rejissor Alfons Kuaronun ekranlaşdırdığı “Roma” dramı “Ən yaxşı film” kateqoriyasında birinci olub. Bundan əlavə, Kuaron “Ən yaxşı rejissor işi” nominasiyası üzrə də qalib gəlib.

BAFTA mükafatı ən yaxşı Britaniya filmi kimi rejissor Yorqos Lantimosun lentə aldığı “Sevimli” tarixi filminə verilib. Filmdəki rollarına görə aktrisalar Oliviya Kolman Reyçel Vays “Ən yaxşı qadın rolu”“İkinci planda ən yaxşı qadın rolu” nominasiyalarında qalib gəliblər.

Mükafatın “Ən yaxşı kişi rolu” nominasiyasını “Bohem rapsodiyası” bioqrafik filmdə Freddi Merkürini canlandıran Rami Malek qazanıb.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ