“Qremmi” mükafatı üzrə ilin mahnısı seçilib

Tarix:11-02-2019, 14:47 Baxış Sayı:40

“Qremmi” mükafatı üzrə ilin mahnısı seçilib
ABŞ-ın Los-Anceles şəhərində 61-ci “Qremmi” mükafatının təqdimetmə mərasimi keçirilib.

Manera.az TASS-a istinadla xəbər verir ki, ABŞ-ın “CBS” telekanalında canlı yayımlanan mərasimdə “This is America” bəstəsi “İlin mahnısı” nominasiyasında “Qremmi” mükafatına layiq görülüb.

Mahnı “Childish Gambino” kimi tanınan amerikalı Donald Qlover tərəfindən ifa olunur. Bu nominasiyada mükafat kompozisiya müəllifinə də təqdim olunur. Bu, Donald Qloverlə yanaşı, isveçli bəstəkar Lüdviq Qörensen və daha çox Yanq Taq kimi tanınan amerikalı Ceffri Lamar Uilyamsdır.

Mükafatın “Ən yaxşı albom” nominasiyasının qalibi amerikalı Keysi Masqreyvs olub. O, bu mükafatı “Golden Hour” albomuna görə qazanıb.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ