“Ələddinin sehrli çırağı” nümayiş olunacaq

Tarix:11-01-2019, 11:21 Baxış Sayı:39

“Ələddinin sehrli çırağı” nümayiş olunacaq
Yanvarın 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Ələddinin sehrli çırağı” tamaşası nümayiş olunacaq.

Manera.az xəbər verir ki, rejissor işi, musiqi tərtibatı və rəqslərin quruluşu teatrın rejissoru, Əməkdar artist Nicat Kazımova məxsus olan tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayevdir.

İkihissəli nağıl tamaşada Xalq artisti Nübar Novruzova, Əməkdar artistlər Atabala Səfərov, Nicat Kazımov, Elşən Rüstəmov, Almaz Mustafayeva, Əməkdar incəsənət xadimi Qəmər Məmmədova, aktyorlar Təhminə Məmmədova, Vüsal Mehrəliyev, Eyvaz İbrahimov, və başqaları iştirak edirlər.

Ərəb xalq nağıllarının motivləri əsasında hazırlanmış bu tamaşa kasıb Ələddinin başına gələn hadisələrdən bəhs edir. Əmisinin hiyləsinə uyub köməksiz anasını atıb arzularının ardınca gedən Ələddin çox çətin sınaqlardan çıxır. Qarşısına çıxan Cin onun başına gələn əhvalatlarda mühüm rol oynayır.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ