“Vətənpərvərlik Kinosu Həftəsi” keçiriləcək

Tarix:11-01-2019, 10:49 Baxış Sayı:36

“Vətənpərvərlik Kinosu Həftəsi” keçiriləcək
Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə yanvarın 14-dən 18-dək “Vətənpərvərlik Kinosu Həftəsi” çərçivəsində Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi keçiriləcək.

İdarədən Manera.az-a verilən məlumata görə, kino həftəsinin keçirilməsində əsas məqsəd əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik nümayiş etdirən Azərbaycanın Milli Qəhrəmanlarını gənc nəslə tanıdmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.

Vüqar Mürsəlov, Mətləb Quliyev, Tahir Həsənov, Cavanşir Rəhimov, Elxan Zülfüqarov, İlqar İsmayılov, Alı Mustafayev, Zabit Quliyev və digər Milli Qəhrəmanlara həsr olunan “Dəmir atlı”, “Həsrətlə cənnətə qovuşanlar”, ”Bizim zaman qəhrəmanları”, “Cavanşir”, “Ömrün qırx anı”, “Döyüşə tələbələr gedir”, “Tarixdə adı qalan”, “Ən yüksək zirvə”, “Ovçu” kimi bir çox filmlərin nümayişi olacaq.

Qeyd edək ki, filmlərin nümayişi Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən müxtəlif mədəniyyət müəssisələrində baş tutacaq.

Giriş sərbəstdir.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ