Opera və Balet Teatrında yeni premyera

Tarix:8-12-2018, 21:39 Baxış Sayı:75

Opera və Balet Teatrında yeni premyera
Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Manon Lesko” operasının premyerası olacaq.

Manera.az-ın məlumatına görə, səhnə əsərində əsas partiyaları Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər Afaq Abbasova, Fərid Əliyev, Tural Ağasıyev, solist Fəhmin Əhmədli ifa edəcəklər. Lesko partiyasında çıxış etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Pyotr Primak dəvət olunub. Tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev, quruluşçu rejissoru Ukraynanın Əməkdar incəsənət xadimi Mikola Tretyak, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır.

“Manon Lesko” Puççini yaradıcılığında xüsusi yeri olan ən dəyərli əsərlərdən biridir. Tamaşanın premyerası 1893-cü il fevralın 1-də Turində (İtaliya) reallaşıb. Operanın librettosu Antuan Fransua Prevonun Avropada çox populyar olan “Kavaler de Qrie və Manon Leskonun sevgi tarixçəsi” romanının motivləri əsasında hazırlanıb.

Bir əsərdən artıq vaxt ötməsinə baxmayaraq “Manon Lesko” operası bu gün də dünya opera sənətinin inciləri sırasında bir çox qabaqcıl opera teatrlarının repertuarını bəzəyir.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ