2018-ci ilin 10 ən yaxşı filmi seçildi

Tarix:5-12-2018, 16:44 Baxış Sayı:34

2018-ci ilin 10 ən yaxşı filmi seçildi
Amerika Film İnstitutu (American Film Institute, AFI) 2018-ci ilin ilin on ən yaxşı filmini elan edib.

Manera.az-ın Rusiya mətbuatına istinadən veridiyi məlumata görə, siyahı təşkilatın saytında dərc edilib.

AFI-nin versiyasına görə ən yaxşı ekran işi Breli Kuperin “Ulduz doğuldu” filmi olub.

Siyahıda müvafiq olaraq “Qara pantera”, “Sakit yer”, “Qara klan üzvü”, “Favorit qız”, “Meri Poppins qayıdır”, “Səkkizinci sinif”, “Əgər Bil-strit danışa bilsəydi”, “Keşişin gündəliyi” və “Yaşıl kitab” filmləri qərarlaşıb.

Amerika Film İsntitutu 1967-ci ildə yaradılıb. ABŞ kino ənənələrinin qorunmasına çalışır.

O, hər il öz kinofestivalını keçirir. Bundan başqa AFİ-nin ən yaxşı film kimi seçdiyi ekran işləri sonradan “Oskar”a namizəd göstərilir.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ